Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək
Report.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Dekabrın 24-dən 27-dək Bakı İdman Sarayında yunan-Roma və sərbəst güləş üzrə Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə ortaq təşkil edəcəyi yarışda medal qazanan güləşçilər milli komandaların tərkibinə daxil ediləcək. Çempionatı yerli hakimlərlə yanaşı, ölkə xaricindən dəvət olunan referilər idarə edəcək. İlk iki gündə yunan-Roma, son iki gündə isə sərbəst güləş üzrə ölkə çempionları müəyyənləşəcək. İlkin görüşlər hər gün 10:00-da, medallar uğrunda qarşılaşmalar isə 17:00-da start götürəcək. Arenaya giriş sərbəstdir.
Qeyd edək ki, Azərbaycan çempionatının final görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
Bu mövzuda digər xəbərlər:Güləş üzrə Azərbaycan çempionatı keçiriləcək
30 Noyabr 2024 21:06
Baxış sayı:65
Bu xəbər 29 Noyabr 2024 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















