Icma.az bildirir, Qol.az portalına istinadən.
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
QOL.az xəbər verir ki, təmsilçimiz həlledici görüşdə Gürcüstan idmançısı Solomon Manaşvilin məğlub edib.
3:7 hesabı ilə geri düşən Meşvildişvili sona 3 saniyə qalmış əla fəndlə 4 xal qazanıb. Görüş 7:7 hesabı ilə başa çatıb. Azərbaycan idmançısı "xalların keyfiyyəti"nə görə qızıl medala layiq görülüb.
Qeyd edək ki, ötən gün təmsilçilərimizdən Osman Nurməhəmmədov (92 kq) gümüş, Ağanəzər Novruzov (74 kq) isə bürünc medal əldə edib.