Güləşçimiz sona 3 saniyə qalmış xal qazanıb Avropa çempionu oldu
Icma.az bildirir, Qol.az portalına istinadən.
Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
QOL.az xəbər verir ki, təmsilçimiz həlledici görüşdə Gürcüstan idmançısı Solomon Manaşvilin məğlub edib.
3:7 hesabı ilə geri düşən Meşvildişvili sona 3 saniyə qalmış əla fəndlə 4 xal qazanıb. Görüş 7:7 hesabı ilə başa çatıb. Azərbaycan idmançısı "xalların keyfiyyəti"nə görə qızıl medala layiq görülüb.
Qeyd edək ki, ötən gün təmsilçilərimizdən Osman Nurməhəmmədov (92 kq) gümüş, Ağanəzər Novruzov (74 kq) isə bürünc medal əldə edib.
Baxış sayı:129
Bu xəbər 10 Aprel 2025 01:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















