Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanın Gümrü şəhərinin meri Vardan Qukasyan iki ay müddətinə həbs edilib.Dünəndən Ermənistan Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi onun həbs edilməsi ilə bağlı vəsatəti araşdırıb, dinləmələr bu səhər başa çatıb.Ermənistan Korrupsiyaya qarşı Mübarizə Komitəsində Vardan Qukasyan və Gümrü şəhər meriyasının digər 7 əməkdaşı barəsində cinayət işi açılıb.Onlar korrupsiya və külli miqdarda rüşvət almada ittiham edilirlər.Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı Sherg.az-a deyib ki, Gümrü, Ermənistan üçün ən həssas nöqtələrdən biri hesab olunur:"Məlumdur ki, Rusiyanın hərbi bazası da məhz bu şəhərdə yerləşir.
Bu baxımdan baş verən həbs hadisəsi təsadüfi deyil. Gümrünün meri cəmi 6 ay əvvəl – bu ilin aprelində seçilmişdi.
Paşinyanın onun 6 aylıq merlik fəaliyyətinə qədər dözə bilməsi belə, müəyyən mənada təəccüblüdür.
Çünki həmin şəxs hakimiyyətə qarşı açıq müxalif mövqeyi ilə tanınırdı.
Hətta zaman-zaman iddialar səslənirdi ki, onun revanşist qüvvələrlə, xüsusilə də keçmiş prezident Serj Sarkisyanla əlaqələri var.
Buna görə də seçkilər ərəfəsində belə həbslərin baş verməsi heç də təsadüfi deyil.
Böyük ehtimalla, gələn ilin yayına qədər – yəni seçkilər keçirilənədək bu cür həbslər davam edəcək.