Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

İsrailə yeni qırıcılar verildi

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Gümrü merinin həbsi təsədüfü deyil: Paşinyan “təmizləmə” siyasətinə start verib

Gümrü merinin həbsi təsədüfü deyil: Paşinyan “təmizləmə” siyasətinə start verib

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ermənistanın Gümrü şəhərinin meri Vardan Qukasyan iki ay müddətinə həbs edilib.

Dünəndən Ermənistan Korrupsiyaya qarşı Mübarizə Məhkəməsi onun həbs edilməsi ilə bağlı vəsatəti araşdırıb, dinləmələr bu səhər başa çatıb.

Ermənistan Korrupsiyaya qarşı Mübarizə Komitəsində Vardan Qukasyan və Gümrü şəhər meriyasının digər 7 əməkdaşı barəsində cinayət işi açılıb.

Onlar korrupsiya və külli miqdarda rüşvət almada ittiham edilirlər.


Ağ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı Sherg.az-a deyib ki, Gümrü, Ermənistan üçün ən həssas nöqtələrdən biri hesab olunur:


"Məlumdur ki, Rusiyanın hərbi bazası da məhz bu şəhərdə yerləşir. Bu baxımdan baş verən həbs hadisəsi təsadüfi deyil. Gümrünün meri cəmi 6 ay əvvəl – bu ilin aprelində seçilmişdi. Paşinyanın onun 6 aylıq merlik fəaliyyətinə qədər dözə bilməsi belə, müəyyən mənada təəccüblüdür. Çünki həmin şəxs hakimiyyətə qarşı açıq müxalif mövqeyi ilə tanınırdı. Hətta zaman-zaman iddialar səslənirdi ki, onun revanşist qüvvələrlə, xüsusilə də keçmiş prezident Serj Sarkisyanla əlaqələri var. Buna görə də seçkilər ərəfəsində belə həbslərin baş verməsi heç də təsadüfi deyil. Böyük ehtimalla, gələn ilin yayına qədər – yəni seçkilər keçirilənədək bu cür həbslər davam edəcək. Paşinyan bütün diqqətini həmin seçkilərə yönəldib və qələbə yolunda ona mane ola biləcək hər bir şəxs bu müddət ərzində siyasi səhnədən uzaqlaşdırılacaq. Artıq Paşinyan da anlayır ki, Rusiya onunla bağlı müəyyən planlara malikdir və hakimiyyətdən uzaqlaşdırmaq üçün açıq olmasa da, müxtəlif vasitələrə əl atır. Belə şəxslər, yəni Paşinyan hakimiyyəti daxilində ona müxalif qüvvələr hər zaman çıxacaq. Ermənistan Baş naziri özü də bunun fərqindədir. O, hakimiyyətə gəldiyi vaxtdan, xüsusilə də II Qarabağ müharibəsindən sonra Rusiyaya qarşı sərgilədiyi siyasət nəticəsində Putinin “gözündən düşüb”. Rusiya Prezidenti isə elə liderlərdəndir ki, kimsə onun etimadını itirirsə, asanlıqla “bağışlanmaq” imkanı qazanmaz. Paşinyan anlayır ki, Rusiya istənilən an onunla bağlı hərəkətə keçə bilər".


Analitik əlavə edib ki, hazırda Rusiyanın diqqətinin əsasən Ukrayna cəbhəsinə yönəlməsi Ermənistanı müəyyən qədər ikinci plana keçirir:

"Paşinyan üçün əsas məqsəd yayda keçiriləcək seçkilərə tam hazır olmaqdır. Digər tərəfdən Qukasyan Paşinyanı hətta Türkiyə və Azərbaycana yaxın olmaqda ittiham edirdi. Bu da istər-istəməz onun ölkə daxilində nüfuzunun azalmasına gətirib çıxarırdı. Dövlət orqanlarında aparılan dəyişikliklərə gəlincə, bunları islahat kimi deyil, daha çox Paşinyana müxalif olan şəxslərin ardıcıl şəkildə sıradan çıxarılması kimi dəyərləndirmək olar. Nəticə etibarilə, qarşıdakı 8 ay ərzində bu tipli həbslərin davamlı olacağını düşünmək mümkündür. Bu həbs nə təsadüfi, nə də adi bir hadisədir. Söhbət bir şəhər merinin həbsindən gedir və bu da göstərir ki, Paşinyan öz hakimiyyəti daxilində “təmizləmə” siyasətinə start verib".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Oktyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see304

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see209

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see188

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see184

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see174

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see173

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see172

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see171

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see160

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see155

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see152

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see152

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see148

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see147

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see144

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see140

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see139

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see138

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri