Gündəmi zəbt edən qurudulmuş dondurma bu xəstəlikləri yarada bilər XƏBƏRDARLIQ | Icma.az
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son günlər sosial şəbəkələrdə və satış platformalarında sürətlə populyarlaşan qurudulmuş dondurma və dondurularaq qurudulmuş meyvələr ölkə üzrə əsl trendə çevrilib.
Rəngarəng görüntüsü olan bu məhsullara maraq günü-gündən daha da artırır.
Xüsusilə uşaqlar və gənclər arasında geniş yayılması valideynlərin də diqqətini bu yeni qida növünə yönəldib.
Ancaq cazibədar görünüş və təbii məhsul imici fonunda mühüm bir sual ortaya çıxır: bu cür qurudulmuş dondurma və meyvələr nə dərəcədə zərərsizdir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında "Refresh Group" MMC adlı qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin baş icraçı direktoru Seymur Qafarov bildirdi ki, əslində bu tip qurutma prosesi sublimasiya adlanır.
Onun sözlərinə görə, sublimasiya xüsusi proses və avadanlıqlar tələb edən bir üsuldur və bərk cismin maye halına keçmədən birbaşa buxar halına çevrilməsi kimi izah olunur: "Belə ki, dondurmanın tərkibində olan suyun aktivliyi azalır və o, maye mərhələdən keçmədən birbaşa buxar halına çevrilir.
Nəticədə bu məhsul əldə olunur. Bu məhsulun gündəlik qida kimi qəbulu tövsiyə edilmir, daha çox əyləncə xarakterli və ya dadımlıq şəkildə is
Tam oxu
Xəbəri oxu