Gündəmi zəbt edən qurudulmuş dondurma bu xəstəlikləri yarada bilər XƏBƏRDARLIQ
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son günlər sosial şəbəkələrdə və satış platformalarında sürətlə populyarlaşan qurudulmuş dondurma və dondurularaq qurudulmuş meyvələr ölkə üzrə əsl trendə çevrilib. Rəngarəng görüntüsü olan bu məhsullara maraq günü-gündən daha da artırır. Xüsusilə uşaqlar və gənclər arasında geniş yayılması valideynlərin də diqqətini bu yeni qida növünə yönəldib.
Ancaq cazibədar görünüş və təbii məhsul imici fonunda mühüm bir sual ortaya çıxır: bu cür qurudulmuş dondurma və meyvələr nə dərəcədə zərərsizdir?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında "Refresh Group" MMC adlı qida təhlükəsizliyi üzrə konsaltinq xidmətləri göstərən şirkətin baş icraçı direktoru Seymur Qafarov bildirdi ki, əslində bu tip qurutma prosesi sublimasiya adlanır. Onun sözlərinə görə, sublimasiya xüsusi proses və avadanlıqlar tələb edən bir üsuldur və bərk cismin maye halına keçmədən birbaşa buxar halına çevrilməsi kimi izah olunur:
"Belə ki, dondurmanın tərkibində olan suyun aktivliyi azalır və o, maye mərhələdən keçmədən birbaşa buxar halına çevrilir. Nəticədə bu məhsul əldə olunur. Bu məhsulun gündəlik qida kimi qəbulu tövsiyə edilmir, daha çox əyləncə xarakterli və ya dadımlıq şəkildə istifadə oluna bilər. Gündəlik və həddindən artıq miqdarda qəbul edildikdə, tərkibində su aktivliyi azaldığı və şəkər miqdarı yüksək olduğu üçün insan sağlamlığına zərər yetirə, diabet riskini artıra bilər. Bəzi insanlarda mədə-bağırsaq pozğunluqları yarada, həssas şəxslərdə isə həzm problemləri fonunda sinir sistemi ilə bağlı fəsadlara səbəb ola bilər.
Bundan əlavə, bu məhsulun qəbulu zamanı diqqət yetirilməli olan əsas məqamlardan biri onun qablaşdırma materialıdır. Qablaşdırmanın üzərində etiket məlumatları olmalı, istehsal və son istifadə tarixləri mütləq göstərilməlidir. Bu məhsullar əsasən uzunmüddətli saxlanma xüsusiyyətinə malikdir və bu səbəbdən astronavt qidası kimi də tanınır. Əgər uşaqlar bu məhsulu həddindən artıq çox istehlak edərlərsə, onlarda diabet riskinin yaranma ehtimalı arta və şəkərin normadan artıq qəbulu digər sağlamlıq fəsadlarına yol aça bilər".
Nuriyyə NATİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 21 Yanvar 2026 17:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















