Günəşdə bir sıra güclü partlayışlar qeydə alındı KONKRET

31.03.2025

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Günəşdə sondan əvvəlki güc sinfindən olan üç partlayış qeydə alınıb.

KONKRET.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

“Martın 31-də Moskva vaxtı ilə saat 1:50-də (Bakı vaxtı ilə 2:50 – red.) 4048 (S15E68) günəş ləkələri qrupunda rentgen diapazonunda 13 dəqiqə davam edən “M1.4″ partlayışı qeydə alınıb”, – institutdan bildirilib.

Həmçinin Moskva vaxtı ilə saat 2:19-da (Bakı vaxtı ilə 3:19 – red.) “M1.5”, Moskva vaxtı ilə saat 2:48-də (Bakı vaxtı ilə 3:48 – red.) isə “M1.0” partlayışı baş verib.

Bildirildiyinə görə, martın 28-dən 31-dək 50-dən çox partlayış baş verib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью