Günəşdə bir sıra güclü partlayışlar qeydə alındı KONKRET
Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.
Günəşdə sondan əvvəlki güc sinfindən olan üç partlayış qeydə alınıb.
KONKRET.az-ın Oxu.Az-a istinadən xəbərinə görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.
“Martın 31-də Moskva vaxtı ilə saat 1:50-də (Bakı vaxtı ilə 2:50 – red.) 4048 (S15E68) günəş ləkələri qrupunda rentgen diapazonunda 13 dəqiqə davam edən “M1.4″ partlayışı qeydə alınıb”, – institutdan bildirilib.
Həmçinin Moskva vaxtı ilə saat 2:19-da (Bakı vaxtı ilə 3:19 – red.) “M1.5”, Moskva vaxtı ilə saat 2:48-də (Bakı vaxtı ilə 3:48 – red.) isə “M1.0” partlayışı baş verib.
Bildirildiyinə görə, martın 28-dən 31-dək 50-dən çox partlayış baş verib.

Günəşdə bir sıra güclü partlayışlar qeydə alındı
31 Mart 2025 18:13
Günəşdə çox sayda güclü partlayışlar oldu KONKRET
30 Dekabr 2024 09:56
Günəşdə güclü partlayış qeydə alındı
10 Dekabr 2024 13:29
Günəşdə güclü partlayış KONKRET
25 Noyabr 2024 18:40
Günəşdə partlayışlar oldu
08 Dekabr 2024 14:32
