Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq. “Günəş işığı insan orqanizminin ən mühüm təbii enerji mənbələrindən biridir.
Onun təsiri yalnız fiziki sağlamlıqla məhdudlaşmır. Eyni zamanda psixoloji sabitlik və emosional tarazlıq üçün də həyati əhəmiyyət daşıyır”.
Sosioloq bildirib ki, serotonin insanın əhvalını, yuxusunu və emosional sabitliyini tənzimləyən əsas neyrotransmitterlərdən biridir və günəş
Günəş işığı azaldıqda, orqanizm təbii xoşbəxtlik hormonu hasil edə bilmir və bədən “əvəzləyici” stimul axtarır.
Bu da asılı şəxslərdə maddəyə yenidən meyil və istək yaradır”.M.Mehdiyeva qeyd edib ki, İsveç və Norveç kimi az günəşli ölkələrdə aparılan tədqiqatlarda sübut edilib ki, günəşli bölgələrlə müqayisədə narkotik istifadəsi və intihar halları 20 faizədək daha çox olur.
Günəşin çatışmazlığı beyində dopamin səviyyəsini aşağı salır, bu da psixoloji sabitliyə mənfi təsir göstərir.Həmsöhbətimiz günəşsiz havanın təkcə psixologiyaya deyil, bədən orqanlarına da mənfi təsiri olduğunu söyləyib.
Dediyinə görə, günəşin olmaması maddələr mübadiləsini zəiflədir və bu, narkotik maddələrin bədəndə parçalanma prosesini ləngidir:“Ən çox zərər görən orqanlar böyrəklər, qaraciyər və mədə-bağırsaq sistemidir.
Toksinlərin yığılması nəticəsində bağırsaq mikroflorası pozulur, iştahasızlıq, qəbizlik və həzm problemləri yaranır.