Icma.az
close
up
RU
Günəşsiz havanın narkomanlara təsiri: Elmi baxış və real nəticələr

Günəşsiz havanın narkomanlara təsiri: Elmi baxış və real nəticələr

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

“Günəş işığı insan orqanizminin ən mühüm təbii enerji mənbələrindən biridir. Onun təsiri yalnız fiziki sağlamlıqla məhdudlaşmır. Eyni zamanda psixoloji sabitlik və emosional tarazlıq üçün də həyati əhəmiyyət daşıyır”.

Bu fikirləri Bakıvaxtı.az-a açıqlamasında sosioloq Məhbubə Mehdiyeva deyib.

Onun sözlərinə görə, günəş şüaları orqanizmdə D vitamini və serotonin hormonunun sintezini təmin edir. Sosioloq bildirib ki, serotonin insanın əhvalını, yuxusunu və emosional sabitliyini tənzimləyən əsas neyrotransmitterlərdən biridir və günəşsiz hava şəraiti bu balansı pozduqda, orqanizmdə depressiya, apatiya və enerjisizlik yaranır.

Müsahibimizin dediyinə görə, elmi mənbələr göstərir ki, günəş işığının azalması ilə əlaqədar mövsümi depressiya halları 5-8 faiz arasında artır.

Sosioloq, bu prosesin narkotik maddə istifadəçilərində daha kəskin müşahidə olunduğunu nəzərə çatdırıb:

“Onların sinir sistemi artıq zədələnmiş vəziyyətdə olduğundan, günəşsiz hava həm psixoloji, həm də bioloji baxımdan təsirini daha güclü göstərir. Günəş işığı azaldıqda, orqanizm təbii xoşbəxtlik hormonu hasil edə bilmir və bədən “əvəzləyici” stimul axtarır. Bu da asılı şəxslərdə maddəyə yenidən meyil və istək yaradır”.

M.Mehdiyeva qeyd edib ki, İsveç və Norveç kimi az günəşli ölkələrdə aparılan tədqiqatlarda sübut edilib ki, günəşli bölgələrlə müqayisədə narkotik istifadəsi və intihar halları 20 faizədək daha çox olur. Günəşin çatışmazlığı beyində dopamin səviyyəsini aşağı salır, bu da psixoloji sabitliyə mənfi təsir göstərir.

Həmsöhbətimiz günəşsiz havanın təkcə psixologiyaya deyil, bədən orqanlarına da mənfi təsiri olduğunu söyləyib. Dediyinə görə, günəşin olmaması maddələr mübadiləsini zəiflədir və bu, narkotik maddələrin bədəndə parçalanma prosesini ləngidir:

“Ən çox zərər görən orqanlar böyrəklər, qaraciyər və mədə-bağırsaq sistemidir. Toksinlərin yığılması nəticəsində bağırsaq mikroflorası pozulur, iştahasızlıq, qəbizlik və həzm problemləri yaranır. Böyrəklərdə filtrasiya prosesi zəifləyir, nəticədə narkotiklərin yaratdığı fiziki zərər ikiqat artır".

Məhbubə Mehdiyeva: Cəmiyyət bu məsələyə yalnız sağlamlıq prizmasından deyil, sosial baxımdan da yanaşmalıdır

M.Mehdiyeva əlavə edib ki, bu təsir yalnız asılı şəxslərlə məhdudlaşmır. Günəşin olmaması sağlam fərdlərdə də müəyyən mənfi hallara səbəb olur. Lakin fərq ondadır ki, sağlam insanların orqanizmi bu balansı zamanla bərpa edə bilir, narkotik istifadəçilərində isə bu sistem artıq zədələnmiş olur:

“Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünyada 1 milyarddan çox insanda D vitamini çatışmazlığı müşahidə edilir. Bu isə depressiya, yuxusuzluq və asılılıq risklərini artıran mühüm bioloji faktordur. Şotlandiyada aparılan tədqiqatlarda da qısa və qaranlıq mövsümlərin narkotik istifadəsi və ölüm hallarının artmasına səbəb olduğu sübut olunub. Qərbi Avropada isə illik günəşli günlərin sayının çox olduğu regionlarda asılılıq halları orta hesabla 15 faiz daha aşağıdır. Bu, günəş işığının təkcə fizioloji deyil, həm də emosional sabitlik baxımından qoruyucu faktor olduğunu göstərir”.

Məhbubə Mehdiyeva bildirib ki, günəşsiz aylarda insan orqanizmini qorumaq və asılılıq riskini azaltmaq üçün bir sıra addımlar atılmalıdır:

“Birincisi, açıq havada qalma müddətini artırmaq vacibdir. Hətta buludlu günlərdə belə 20-30 dəqiqəlik gəzinti orqanizmin D vitamini səviyyəsini sabit saxlaya bilir. İkincisi, D vitamini ilə zəngin qidalar - balıq, yumurta sarısı, süd məhsulları və qoz-fındıq gündəlik rasionda yer almalıdır. Üçüncüsü, psixoloji sabitliyi qorumaq üçün sosial təmas və fiziki aktivlik mühüm rol oynayır. Günəşsiz hava dövrlərində passivlik və tənha qalmaq asılılıq riskini artırır”.

Sosioloqun fikrincə, cəmiyyət bu məsələyə yalnız sağlamlıq prizmasından deyil, sosial baxımdan da yanaşmalıdır:

“Günəş təkcə işıq mənbəyi deyil, həm də insanın ruhunun enerjisidir. Onun çatışmazlığı bədəndə biokimyəvi, beyində isə psixoloji balanssızlıq yaradır. Bu boşluğu narkotik maddələr doldura bilmir, əksinə, daha böyük boşluq yaradır. Günəşsiz dövrlərdə insan öz “daxili işığını” qorumağa çalışmalıdır. Bu, sağlam həyat tərzi, düzgün qidalanma və müsbət düşüncə ilə mümkündür. Elm sübut edir ki, ruhi güc və sosial dəstək bəzən ən güclü müalicə üsuludur”.

Mina Mikayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 23 Oktyabr 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see595

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see532

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see402

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see267

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see264

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see255

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see252

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see235

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see226

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see225

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see225

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see220

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see219

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see216

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see215

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see210

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see180

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see176

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see173

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri