“Güney Azərbaycan referendum istəyir” İsveçdə yaşayan milli fəal Saleh Kamrani | Icma.az
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İranda son aylarda etiraz dalğasının genişlənməsi, təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi və artan itkilər fonunda ölkədaxili vəziyyət beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib.
İnternetin kəsilməsi, informasiya blokadası və müstəqil mənbələrə çıxışın məhdudlaşdırılması baş verənlərin real miqyasını gizlətməyə xidmət etsə də, yayılan məlumatlar rejimin dərin legitimlik böhranı ilə üz-üzə qaldığını göstərir.Güney Azərbaycanı İranın şimal-qərbində yerləşən, təxminən 35-40 milyon nəfər əhalisi olan regionudur.
Güneyli milli fəal, insan hüquqları üzrə vəkil və molla rejiminin müxalifi olan Saleh Kamrani, 53 yaşında, həbs həyatı görüb.
Hazırda İsveçdə yaşayır və Azərbaycan Mərkəzi Partiyasına rəhbərlik edir.
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkə üzrə yayılan xalq üsyanını qan və zorakılıqla boğmağa çalışdığı bir vaxtda, o, Fransanın “Atlantico” nəşrinin əməkdaşı Emmanuel Rəzavi ilə söhbətində vəziyyətin təhlili, İrana dair siyasi baxışı və mənsub olduğu etnik millətin gözləntilərindən danışıb.– İranda minlərlə insanın öldüyü, bəlkə də bu rəqəmin 20 minə çatdığı deyilir.
Mövcud vəziyyət nədir? Dəqiq rəqəmlər varmı? – İranda öldürülən, yaralanan və saxlanılan insanların sayı ilə bağlı çox ziddiyyətli rəqəmlər
Bu uyğunsuzluğun səbəbi odur ki, 10 yanvardan etibarən rejim qəsdən ölkə üzrə interneti kəsib.
Tam oxu
Xəbəri oxu