Qaynarinfo saytına istinadən Icma.az xəbər verir. Bir neçə il əvvəl, Tiflisin ən görkəmli yerlərindən birində, Kürün üstündəki qayalıqlar ar
Tələsirdik, hava da soyuq idi. Gürcü dostum deyirdi ki, sən mütləq bu mərasimdə iştirak etməlisən.
Çabua Amirecibi vəfat edib, gürcü xalqı onu son mənzilə yola salır, axı o böyük yazıçı, ictimai xadimdir və bir də, ən əsası odur ki, "Data Tutaşxia" romanının müəllifidir...
İndi də kitabxanamda hər yerdən "boylanan" bu nəhəng kitab - "Data Tutaşxia" (həqiqətən, rus dilindəki sonuncu nəşrin ölçüləri kitabdan daha çox albomu xatırladır) hər dəfə gözümə sataşanda qeyri-ixtiyari həmin günü, bir də kilsənin ortasında, xüsusi kürsüdə uzadılmış Çabuanın solğun üzünü xatırlayıram.
"Data Tutaşxia" indiyədək oxuduğum ən yaxşı romanlardan biridir, fikrimcə həm də gürcü aristokratiyası haqqında yazılmış ən yaxşı romandır...
Bir müddət sonra isə, növbəti dəfə Tiflisdə olanda dəyərli dostum Oktay Kazımovi ilə Mtsxetaya getdik.
O mənə Kürlə Araqvi çayının qovuşduğu yeri göstərəcəkdi. Elə oradaca, təsadüfən öyrəndim ki, çay qovuşağının ortasında ucalan kilsənin həyət
Düzünü deyim ki, onun bu vəsiyyəti barədə eşidəndə, Çoxelinin əsərlərindən və şəxsiyyətindən heyranlıqla söhbət açan, onu bizə - yeni nəslə