Icma.az
close
up
RU
Gürcünün arzusu

Gürcünün arzusu

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Bir neçə il əvvəl, Tiflisin ən görkəmli yerlərindən birində, Kürün üstündəki qayalıqlar arasında qərar tutmuş kilsəyə getməli oldum. Tələsirdik, hava da soyuq idi. Gürcü dostum deyirdi ki, sən mütləq bu mərasimdə iştirak etməlisən. Çabua Amirecibi vəfat edib, gürcü xalqı onu son mənzilə yola salır, axı o böyük yazıçı, ictimai xadimdir və bir də, ən əsası odur ki, "Data Tutaşxia" romanının müəllifidir... 

İndi də kitabxanamda hər yerdən "boylanan" bu nəhəng kitab - "Data Tutaşxia" (həqiqətən, rus dilindəki sonuncu nəşrin ölçüləri kitabdan daha çox albomu xatırladır) hər dəfə gözümə sataşanda qeyri-ixtiyari həmin günü, bir də kilsənin ortasında, xüsusi kürsüdə uzadılmış Çabuanın solğun üzünü xatırlayıram. "Data Tutaşxia" indiyədək oxuduğum ən yaxşı romanlardan biridir, fikrimcə həm də gürcü aristokratiyası haqqında yazılmış ən yaxşı romandır... 

Bir müddət sonra isə, növbəti dəfə Tiflisdə olanda dəyərli dostum Oktay Kazımovi ilə Mtsxetaya getdik. O mənə Kürlə Araqvi çayının qovuşduğu yeri göstərəcəkdi. Elə oradaca, təsadüfən öyrəndim ki, çay qovuşağının ortasında ucalan kilsənin həyətində hamımızın sevimlisi, doxsanıncı illərdə sevə-sevə oxuduğumuz, gürcü nəsrinin ən parlaq nümayəndəsi, Qoderzi Çoxeli də dəfn edilib (həm də öz arzusu ilə, vəsiyyətinə əsasən). Düzünü deyim ki, onun bu vəsiyyəti barədə eşidəndə, Çoxelinin əsərlərindən və şəxsiyyətindən heyranlıqla söhbət açan, onu bizə - yeni nəslə xüsusi məhəbbətlə təqdim edən müasir  Azərbaycan "klassiklər"ini, onların ədəbi çevrələrinin (əshabələrinin) canfəşanlığını xatırladım və düşündüm ki,  bəlkə onlar da, necəsə, Çoxeliyə oxşamaq istəyirdilər. Əgər belədirsə, görəsən nədən, bu "müasir klassikəlr"imizin hamısı, usanmadan, utanmadan, son mənzil kimi yalnız fəxri xiyabana can atırlar? Bəlkə ona görə ki, məscidlərin ətrafı, ayağı, ərazisi heç vaxt bizim üçün son mənzil olmayıb? Bəlkə də onlar məcsidin qapısına it bağlamağa hazır olan bir ədəbi nəslin mənəvi davamçılarıdırlar, ona görə? Hər halda, Mtsxetadan Tiflisədək qarışıq duyğularla uğraşdım... 

Elə indi də, Gürcüstandakı seçkiləri düşünərkən, bu qarışıq duyğuların cəngindən çıxa bilmirəm. Axı nə Gürcüstana, nə Tiflisə, nə də oradakı insanlara, dostlarıma biganə qala bilmərəm. Hesab edirəm ki, Gürcüstanda baş verən hər nə varsa, gec-tez, mütləq bizim də taleyimizə təsir edəcək. Bircə, yazıçılarımızı məscidin ayağında basdırmayacaqlar. Bilirsiz, bəlkə də belə daha yaxşıdır. Hər xalqın öz taleyi, ədəbiyyatı, aristokratiyası və sair və ilaxırı var... 

Hə, hansı şəhərə getsəm, mütləq taksi sürücüləri ilə söhbət etməyə çalışıram. Səhv etmirəmsə, 2014-cü ildə, Tiflisdə bir gürcü taksi sürücüsü ilə söhbətləşdim, amma maşına oturanda anladım ki, sükanı sağ tərəfdədir. Bəs yol polisi saxlamır, qarşıdan gələn avtomobillər necə, çaşmır, axı bütün sükanların solda olduğu bir ərazidə belə necə avtomobil idarə etmək olar? Gürcü gülüb dedi:

- Bico, özümü Yaponiyada hiss edirəm. Onsuz da gec-tez sükanı sola keçirəcəm, qoysana qurdumu öldürüm!       

Düzünü deyim, o vaxtdan bəri düşünürəm ki, gürcülərin bir çoxu daim kimə isə, nəyə isə və haraya isə oxşamaq istəyirlər. Həm də bu fikrə bütün varlıqları ilə aşiq olurlar.  Halbuki Qafqazda ən çox özlərinə oxşayan da elə gürcülərdir...

Belə baxıram, deyəsən, gürcü arzusunun hüdudları Qara dənizdən o tərəfə o vaxt keçə biləcək ki, Qafqaz sıra dağlarının o üzündə tamam başqa Rusiya yerləşsin, ya da heç yerləşməsin...

Məqsəd Nur

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Noyabr 2024 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see462

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see426

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see268

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see249

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see245

Prezidentin Naxçıvana səfərinin tarixi siyasi əhəmiyyəti və mədəni irsə töhfəsi ŞƏRH

17 Avqust 2026 09:22see240

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see224

Generallar Abbasəli Novruzovun dəfn mərasimində Foto KONKRET

17 Avqust 2026 10:11see208

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see199

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see184

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see179

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see177

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see175

Trampdan İranla bağlı şok etiraf: “Məqsədimiz…”

17 Avqust 2026 12:28see167

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see161

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see159

Bir həftə hər gün brokkoli yedi: Orqanizmində bu dəyişikliklər oldu

17 Avqust 2026 02:02see158

“Motorola” 7000 mAh batareyalı yeni smartfonunu təqdim etdi

17 Avqust 2026 04:42see158

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see153

“Gözdə olan qara su zamanı itirilən görmə faizini geri qaytarmaq mümkün deyil” OFTOLMOLOQ

17 Avqust 2026 16:46see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri