Gürcüstan artıq sığınacaq yeri deyil | Icma.az
Icma.az, Milli.az portalına istinadən məlumat yayır. Gürcüstan hökuməti siyasi sığınacaqla bağlı qanunları sərtləşdirməyə hazırlaşır.
Hakim "Gürcü Arzusu" partiyası qonşu ölkələrlə münasibətləri pozmamaq üçün Gürcüstanı mühacirlər və müxalif fəallar üçün daha az cəlbedici yerə çevirməyə çalışır.
Bir çox jurnalist, hüquq müdafiəçisi və fəal indiyə qədər Gürcüstana sığınırdı.
İndi isə qanuna ediləcək dəyişikliklər bu şəxslərin ölkəyə buraxılmamasını və ya daha asan şəkildə ekstradisiya olunmasını mümkün edəcək.
Milli.Az xəbər verir ki, yeni qanun paketi "Beynəlxalq müdafiə haqqında" adlanır və artıq parlamentə təqdim olunub.
Daxili İşlər Nazirliyi bu təşəbbüsü "qanunsuz miqrasiyaya qarşı mübarizə" və "sığınacaq sisteminin təkmilləşdirilməsi" ilə əsaslandırır.
Dəyişikliklər Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə ediləcək.
İlk dəfə olaraq qanunvericilikdə əcnəbinin ölkədən çıxarılması və Gürcüstana girişinə qadağa qoyulması cəza kimi nəzərdə tutulacaq.
Tam oxu
Xəbəri oxu