Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Gürcüstan artıq sığınacaq yeri deyil

Gürcüstan artıq sığınacaq yeri deyil

Icma.az, Milli.az portalına istinadən məlumat yayır.

Gürcüstan hökuməti siyasi sığınacaqla bağlı qanunları sərtləşdirməyə hazırlaşır. Hakim "Gürcü Arzusu" partiyası qonşu ölkələrlə münasibətləri pozmamaq üçün Gürcüstanı mühacirlər və müxalif fəallar üçün daha az cəlbedici yerə çevirməyə çalışır. Bir çox jurnalist, hüquq müdafiəçisi və fəal indiyə qədər Gürcüstana sığınırdı. İndi isə qanuna ediləcək dəyişikliklər bu şəxslərin ölkəyə buraxılmamasını və ya daha asan şəkildə ekstradisiya olunmasını mümkün edəcək.

Milli.Az xəbər verir ki, yeni qanun paketi "Beynəlxalq müdafiə haqqında" adlanır və artıq parlamentə təqdim olunub. Daxili İşlər Nazirliyi bu təşəbbüsü "qanunsuz miqrasiyaya qarşı mübarizə" və "sığınacaq sisteminin təkmilləşdirilməsi" ilə əsaslandırır.

Dəyişikliklər Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə ediləcək. İlk dəfə olaraq qanunvericilikdə əcnəbinin ölkədən çıxarılması və Gürcüstana girişinə qadağa qoyulması cəza kimi nəzərdə tutulacaq. Eyni zamanda, ölkədə qalma qaydalarını pozan xaricilərə tətbiq edilən cərimələr dəfələrlə artırılacaq - bəzi məlumatlara görə bu məbləğ 2-3 min dollar civarında olacaq.

Yeni qaydalar sayəsində viza müddətini keçən və ya ən xırda qayda pozuntusu - məsələn, yol hərəkəti qaydasını pozmaq - törədən əcnəbilər daha asan şəkildə ölkədən çıxarıla biləcək.

Bundan başqa, sığınacaq üçün müraciətlərə baxılma prosesi də sürətləndiriləcək. Məqsəd bu işlərin aylarla uzanmasının qarşısını almaqdır. Hətta yeni qaydalara görə, əgər sığınacaq istəyən şəxsin Gürcüstana girişi təhlükəli sayılarsa, o, sərhəddəcə ölkəyə buraxılmadan geri qaytarıla bilər. Üstəlik, belə qərarı vətəndaşın məhkəmə yolu ilə şikayət etmək imkanı da olmayacaq.

Əslində bu dəyişikliklər gözlənilməz deyil. 2022-ci ildən sonra Rusiya hökumətini tənqid edən jurnalistlər, QHT üzvləri və fəallar Gürcüstana daxil olmaqda çətinlik çəkməyə başlayıblar. 

Analitik David Avalişvilinin fikrincə Gürcüstan hökumətini belə bir addıma vadar edən əsas səbəb bu insanların ölkədə qalması yox, onların siyasi sığınacaqla bağlı müraciətlərinə uzunmüddətli baxılması və ekstradisiyanın mümkün olmamasıdır. Onun sözlərinə görə son damla azərbaycanlı jurnalist Əfqan Sadıqovun işi olub. Gürcüstan məhkəməsi doqquz ay ərzində qərar qəbul edə bilməyib və nəhayət onu azadlığa buraxmalı olub.

Qeyd edək ki, hazırda Gürcüstanda qüvvədə olan qanunvericilik 10-15 il əvvəl qəbul edilib. O dövrdə bu qanunlar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) və Avropa İnsan Hüquqları Məhkəməsinin tövsiyələri əsasında hazırlanmışdı. Gürcüstan həmin vaxt Avropa İttifaqı və ABŞ-nin Cənubi Qafqazdakı əsas tərəfdaşı hesab olunurdu. Lakin son illər Tbilisinin Qərblə münasibətləri ciddi şəkildə gərginləşib - Vaşinqton və Brüssel hakim "Gürcü Arzusu"nu insan haqlarını pozmaqda ittiham edib və bir sıra rəsmi şəxslərə sanksiyalar tətbiq edib. AŞPA isə Gürcüstan nümayəndə heyətinin üzvlüyünü dayandırıb.

Gürcüstanın siyasi sığınacaq və miqrasiya qanunvericiliyini sərtləşdirməsi, əslində, Tbilisinin son illər dəyişən xarici siyasət prioritetlərini əks etdirir. Bu qərar bir tərəfdən region ölkələri - Azərbaycan, Türkiyə, İran və xüsusilə də Rusiya ilə münasibətləri gərginləşdirməmək məqsədi daşıyır. Digər tərəfdən isə, Gürcüstanın artıq Qərblə olan əvvəlki dərin tərəfdaşlıq münasibətlərindən uzaqlaşdığını göstərir.

İslam
Milli.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 22 Aprel 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see725

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see552

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see498

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see358

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see288

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see268

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see245

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see240

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see238

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see237

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see224

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see224

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see220

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see198

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see198

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see194

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see186

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see185

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see175

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri