Gürcüstan, Azərbaycan və Türkiyə bir blokda yer ala bilərmi? (ŞƏRH) | Icma.az
Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Gürcüstanın Türkiyə və Azərbaycanla bir blokda olması qeyri-mümkündür".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Türkiyə-Azərbaycan-Gürcüstan bloku ehtimalını şərh edərkən deyib.
Natiq Miri bildirib ki, Türkiyə, Azərbaycan və Gürcüstan üçtərəfli formatı mövcuddur.
Bu kontekstdə zaman-zaman iqtisadi, təhlükəsizlik, müdafiə yönündə xarici işlər nazirləri səviyyəsində üçtərəfli formatda görüşlər və konkret qərarlar da qəbul olunub: "Habelə, birgə hərbi təlimlər də keçirilir.
Ancaq bu üç dövlətin bir blokda birləşməsi ehtimalı o qədər də yüksək deyil.
Çünki Tiflis Ankara və Bakı ilə normal münasibətlər və əməkdaşlıqdan nə qədər dəm vursa da, Gürcüstanın özünün geosiyasi maraqları var.
Tiflis balanslaşdırılmış siyasət yürütməklə hər hansı bir bloka birmənalı olaraq yaxın olduğunu büruzə vermək istəmir.
Tam oxu
Xəbəri oxu