Icma.az
close
up
RU
Gürcüstan, Azərbaycan və Türkiyə bir blokda yer ala bilərmi? (ŞƏRH)

Gürcüstan, Azərbaycan və Türkiyə bir blokda yer ala bilərmi? (ŞƏRH)

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Gürcüstanın Türkiyə və Azərbaycanla bir blokda olması qeyri-mümkündür".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Türkiyə-Azərbaycan-Gürcüstan bloku ehtimalını şərh edərkən deyib.

Natiq Miri bildirib ki, Türkiyə, Azərbaycan və Gürcüstan üçtərəfli formatı mövcuddur. Bu kontekstdə zaman-zaman iqtisadi, təhlükəsizlik, müdafiə yönündə xarici işlər nazirləri səviyyəsində üçtərəfli formatda görüşlər və konkret qərarlar da qəbul olunub:

"Habelə, birgə hərbi təlimlər də keçirilir. Ancaq bu üç dövlətin bir blokda birləşməsi ehtimalı o qədər də yüksək deyil. Çünki Tiflis Ankara və Bakı ilə normal münasibətlər və əməkdaşlıqdan nə qədər dəm vursa da, Gürcüstanın özünün geosiyasi maraqları var. Tiflis balanslaşdırılmış siyasət yürütməklə hər hansı bir bloka birmənalı olaraq yaxın olduğunu büruzə vermək istəmir. Düşünür ki, bu, Gürcüstan üçün böyük bir problemə çevrilə bilər. Gürcüstan uğrunda Qərb və Rusiya mübarizəsi Tiflisin indiki şəraitdə balanslaşdırılmış siyasəti davam etdirməsinə şərait yaradır".

Ekspert qeyd edir ki, bu səbəbdən də rəsmi Tiflis ən ağrısız və təhlükəsiz siyasət olduğundan məhz balanslaşdırılmış xətti seçib:

Ona görə də Türkiyə-Azərbaycan-Gürcüstan blokunun yaradılmasını gözləmirəm. Ancaq isti münasibətlər davam edəcək. Söhbət Cənubi Qafqazdan gedirsə, burada təbii ki, regionun təhlükəsizlik arxitekturasından söhbət gedə bilər. Bunun üçün də ilk növbədə Cənubi Qafqaz ölkələri arasında sülh və əməkdaşlıq mövcud olmalıdır. Xüsusən də Azərbaycanla Ermənistan arasında... Münasibətlər sistemi o səviyyəyə qalxmalıdır ki, Cənubi Qafqazı bütöv bir sistem olaraq görmək mümkün olsun. Bunun üçün də Cənubi Qafqazın 3 ölkəsinin tam müstəqil olmasına ehtiyac var".

Həmsöhbətimiz hələlik bu sistemin regionumuzda mümkün olmadığını düşünür:

"Çünki Ermənistan müstəqil deyil, Azərbayanla sülh müqaviləsi imzalanmayıb. Gürcüstanda isə qeyri-müəyyənlik davam edir, hansı qütbə - Qərbə, yoxsa Rusiyaya yaxınlaşmaq məsələsində hələ də get-gəldədir. Bu səbəbdən indiki vəziyyətdə Gürcüstanın Türkiyə və Azərbaycanla bir blokda olması qeyri-mümkündür".

Qeyd edək ki, Türkiyə, Azərbaycan və Gürcüstan arasında əlaqələr durmadan inkişaf edir. Bu əlaqələr təhlükəsizlik də daxil olmaqla geniş spektri əhatə edir. Bu günlərdə Gürcüstanın yeni xarici işlər naziri Maka Boçorişvili də bildirib ki, Tiflis Azərbaycan və Türkiyə ilə çoxşaxəli əməkdaşlığı, strateji tərəfdaşlıq əlaqələrini, regional və qlobal əhəmiyyətli layihələri davam etdirəcək.

"Gürcüstan, Azərbaycan və Türkiyə arasında üçtərəfli əməkdaşlıq platforması mühüm regional format olaraq qalacaq", deyə nazir vurğulayıb.

O əlavə edib ki, Gürcüstan qonşu ölkələr arasında dialoqu və konstruktiv əməkdaşlığı təşviq edəcək və bu da bütün regionun marağındadır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 Noyabr 2024 21:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see405

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see351

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see347

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see317

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see307

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see307

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see293

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see276

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see274

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see256

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see246

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see244

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see243

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see242

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see232

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see221

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see216

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see202

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see185

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri