Gürcüstan COP29 çərçivəsində Orta Dəhlizin inkişafı ilə bağlı yüksək səviyyəli təqdimat ke…
Icma.az, Azertag saytına istinadən bildirir. Tbilisi, 16 noyabr, AZƏRTAC Gürcüstan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tə
Onun sözlərinə görə, Orta Dəhlizlə bağlı iki il əvvəl Qazaxıstanın Aktau şəhərində razılaşdırılmış yol xəritəsi var.
“Bu, hər bir ölkənin infrastrukturunun və ümumi idarəetmənin təkmilləşdirilməsi baxımından nə etməli olduğuna dair müfəssəl plandır.
Planda dəhlizin nəinki rəqabətqabiliyyətliliyini qoruyub saxlamaq, hətta onun daha da inkişaf etdirilməsi məsələləri öz əksini tapıb.
Orta Dəhliz marşrutunun inkişafı üçün bir çox istiqamətlərdə işlər aparılır.
Bu, ümumilikdə dövlət infrastrukturuna investisiyaların cəlb edilməsi, eləcə də idarəetmə məsələləri ilə bağlıdır və mən hesab edirəm ki, gələcəkdə Orta Dəhliz daha cəlbedici və rəqabətli olacaq”, - deyə Davitaşvili vurğulayıb.
Nazir qeyd edib ki, bununla yanaşı liman infrastrukturunun inkişafı, başa çatmaqda olan dəmir yolunun modernləşdirilməsi, o cümlədən Şərq-Qərb avtomobil yolunun tikintisi, 2025-ci ildə tamamlanacaq əsas istiqamətlər barədə də Bakıda məlumat veriləcək.
Xətayi ƏzizovAZƏRTAC-ın xüsusi müxbiriTbilisi Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu