Icma.az
close
up
RU
Gürcüstan COP29 çərçivəsində Orta Dəhlizin inkişafı ilə bağlı yüksək səviyyəli təqdimat keçirəcək AZƏRTAC

Gürcüstan COP29 çərçivəsində Orta Dəhlizin inkişafı ilə bağlı yüksək səviyyəli təqdimat keçirəcək AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Tbilisi, 16 noyabr, AZƏRTAC

Gürcüstan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 20-də Bakıda Orta Dəhlizin inkişafına dair hesabatın yüksək səviyyəli təqdimatını keçirəcək.

Bu barədə AZƏRTAC-a Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili məlumat verib.

Onun sözlərinə görə, Orta Dəhlizlə bağlı iki il əvvəl Qazaxıstanın Aktau şəhərində razılaşdırılmış yol xəritəsi var.

“Bu, hər bir ölkənin infrastrukturunun və ümumi idarəetmənin təkmilləşdirilməsi baxımından nə etməli olduğuna dair müfəssəl plandır. Planda dəhlizin nəinki rəqabətqabiliyyətliliyini qoruyub saxlamaq, hətta onun daha da inkişaf etdirilməsi məsələləri öz əksini tapıb. Orta Dəhliz marşrutunun inkişafı üçün bir çox istiqamətlərdə işlər aparılır. Bu, ümumilikdə dövlət infrastrukturuna investisiyaların cəlb edilməsi, eləcə də idarəetmə məsələləri ilə bağlıdır və mən hesab edirəm ki, gələcəkdə Orta Dəhliz daha cəlbedici və rəqabətli olacaq”, - deyə Davitaşvili vurğulayıb.

Nazir qeyd edib ki, bununla yanaşı liman infrastrukturunun inkişafı, başa çatmaqda olan dəmir yolunun modernləşdirilməsi, o cümlədən Şərq-Qərb avtomobil yolunun tikintisi, 2025-ci ildə tamamlanacaq əsas istiqamətlər barədə də Bakıda məlumat veriləcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see284

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see231

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see207

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see183

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see180

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see168

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see165

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see164

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see149

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see145

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see144

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see141

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see139

Lökbatanda güclü yanğın olub, ölən və yaralananlar var

05 Dekabr 2025 06:01see134

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see132

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see129

Azərbaycan ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub

04 Dekabr 2025 21:07see127

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see126

Donald Tramp əfsanəvi restlerin vida qarşılaşmasına canlı baxmaq istəyir

05 Dekabr 2025 05:07see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri