Gürcüstan ilə Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olun…
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tbilisi, 21 oktyabr, AZƏRTAC Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə rəsmi səfərdə olan Türkiyə Respublikasının səhiyyə naziri Kamal Memişoğlu ilə görüşüb.Bu barədə AZƏRTAC-a Gürcüstan hökumət administrasiyasından məlumat verilib.
Bildirilib ki, görüşdə Gürcüstan ilə Türkiyə arasında strateji tərəfdaşlıq və səhiyyə sahəsində fəal əməkdaşlıq müzakirə olunub.
Qeyd edilib ki, iki ölkə arasında səhiyyə sahəsində sıx tərəfdaşlıq vətəndaşların keyfiyyətli tibbi xidmətlə təmin olunması və dərman vasitələrinə maliyyə imkanlarının yaradılması baxımından konkret hiss olunan nəticələr verib.Baş nazir Türkiyənin səhiyyə nazirinə Gürcüstanın səhiyyə sektoruna göstərdiyi dəstəyə görə təşəkkür edib və ümidvar olduğunu bildirib ki, iki ölkənin səhiyyə qurumları arasında əməkdaşlıq memorandumunun imzalanması tərəfdaşlığın inkişafına töhfə verəcək.
Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiriTbilisi Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu