Gürcüstan ilə Türkiyə arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Tbilisi, 21 oktyabr, AZƏRTAC
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Tbilisidə rəsmi səfərdə olan Türkiyə Respublikasının səhiyyə naziri Kamal Memişoğlu ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Gürcüstan hökumət administrasiyasından məlumat verilib.
Bildirilib ki, görüşdə Gürcüstan ilə Türkiyə arasında strateji tərəfdaşlıq və səhiyyə sahəsində fəal əməkdaşlıq müzakirə olunub. Qeyd edilib ki, iki ölkə arasında səhiyyə sahəsində sıx tərəfdaşlıq vətəndaşların keyfiyyətli tibbi xidmətlə təmin olunması və dərman vasitələrinə maliyyə imkanlarının yaradılması baxımından konkret hiss olunan nəticələr verib.
Baş nazir Türkiyənin səhiyyə nazirinə Gürcüstanın səhiyyə sektoruna göstərdiyi dəstəyə görə təşəkkür edib və ümidvar olduğunu bildirib ki, iki ölkənin səhiyyə qurumları arasında əməkdaşlıq memorandumunun imzalanması tərəfdaşlığın inkişafına töhfə verəcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 21 Oktyabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















