Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcüstanda prezident seçkilərinin, eləcə də onun andiçmə mərasiminin 2024-cü ildə keçirilməsi planlaşdırılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin. Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili məlumat verib.
“Biz beş il müddətinə prezident seçməliyik. Buna uyğun olaraq, prezidentin beş il müddətinə seçilməsi üçün seçkilərin və andiçmə mərasiminin bu il baş tutması vacibdir”, - deyə Papuaşvili qeyd edib.
Gürcüstanın qanunverici orqanının rəhbəri onu da əlavə edib ki, parlament prezident seçkilərinin dəqiq tarixini çərşənbə axşamı təyin edəcək.
Bundan əvvəl respublikanın baş naziri İrakli Kobaxidze bildirmişdi ki, prezident seçkiləri 2025-ci ilin yanvarında keçirilə bilər.
Qadir, Bizimyol.info