Gürcüstan prezident seçkiləri bu ilin sonuna qədər keçirilmələ bilər
Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcüstanda prezident seçkilərinin, eləcə də onun andiçmə mərasiminin 2024-cü ildə keçirilməsi planlaşdırılır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili məlumat verib.
“Biz beş il müddətinə prezident seçməliyik. Buna uyğun olaraq, prezidentin beş il müddətinə seçilməsi üçün seçkilərin və andiçmə mərasiminin bu il baş tutması vacibdir”, - deyə Papuaşvili qeyd edib.
Gürcüstanın qanunverici orqanının rəhbəri onu da əlavə edib ki, parlament prezident seçkilərinin dəqiq tarixini çərşənbə axşamı təyin edəcək.
Bundan əvvəl respublikanın baş naziri İrakli Kobaxidze bildirmişdi ki, prezident seçkiləri 2025-ci ilin yanvarında keçirilə bilər.
Qadir, Bizimyol.info

Gürcüstan Zurbaişvilidən qurtulur: Prezident seçkiləri bu il keçirilə bilər
25 Noyabr 2024 13:26
Gürcüstan: Prezident seçkiləri öncəsi “siyasi hərarət” artıb
14 Dekabr 2024 10:29
“Sona qədər prezident qalacağam” Gürcüstan prezidenti
28 Noyabr 2024 21:44
Gürcüstan parlamentində prezident seçkiləri ilə bağlı səsvermə başlayıb
14 Dekabr 2024 09:26
Gürcüstan 2028ci ilin sonuna qədər Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır
28 Noyabr 2024 18:49

