Icma.az, Bizimyol saytına istinadən bildirir. Azərbaycan və Gürcüstan prezidentlərinin görüşü sıradan bir hadisə kimi görünə bilər.
Gürcüstan prezidentləri, baş nazirləri Azərbaycana tez-tez gəlir. Azərbaycanın da rəhbərləri Gürcüstana tez-tez gedir.
Ancaq bütün bu səfərlərin öz xüsusi mənası olur. Azərbaycan prezidenti seçiləndən və öz Konstitusion səlahiyyətlərinin icrasına başlayandan
Bu, Azərbaycanla Türkiyənin xüsusi münasibətlərindən və buna verilən dəyərdən xəbər verir.
Eynilə də Gürcüstanda seçilən prezident və baş nazir ilk səfərini Azərbaycana edib.
Bu da Gürcüstanın Azərbaycanı özünə ən yaxın dost, ən etibarlı müttəfiq hesab etməsi ilə bağlıdır.
Gürcüstanda baş verən hadisləri bilirsiniz. Ötən ilin payızında bu ölkədə parlament seçkiləri oldu, daha sonra prezident seçildi.
Çox dramatik hadisələr baş verdi. Bayden administrasiyası başda olmaqla bütün Qərb dövlətləri Gürcüstandakı seçkilərin nəticələrini tanımadı