Icma.az
close
up
RU
Gürcüstan prezidentinin ilk səfərinə sözardı

Gürcüstan prezidentinin ilk səfərinə sözardı

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Azərbaycan və Gürcüstan prezidentlərinin görüşü sıradan bir hadisə kimi görünə bilər. Gürcüstan prezidentləri, baş nazirləri Azərbaycana tez-tez gəlir. Azərbaycanın da rəhbərləri Gürcüstana tez-tez gedir. Ancaq bütün bu səfərlərin öz xüsusi mənası olur.

Azərbaycan prezidenti seçiləndən və öz Konstitusion səlahiyyətlərinin icrasına başlayandan sonra ilk səfərini Türkiyəyə edir. Bu, Azərbaycanla Türkiyənin xüsusi münasibətlərindən və buna verilən dəyərdən xəbər verir. Eynilə də Gürcüstanda seçilən prezident və baş nazir ilk səfərini Azərbaycana edib. Bu da Gürcüstanın Azərbaycanı özünə ən yaxın dost, ən etibarlı müttəfiq hesab etməsi ilə bağlıdır.

Gürcüstanda baş verən hadisləri bilirsiniz. Ötən ilin payızında bu ölkədə parlament seçkiləri oldu, daha sonra prezident seçildi. Çox dramatik hadisələr baş verdi. Bayden administrasiyası başda olmaqla bütün Qərb dövlətləri Gürcüstandakı seçkilərin nəticələrini tanımadı, hamısı bütün gücü ilə Gürcüstan hökumətinin üzərinə gəldi. Ölkəni daxildən sarsıdıb, ələ keçirib Rusiyanın qarşısına yem olaraq atmaq istəyirdilər. Ukrayna kimi.

O zaman Azərbaycan Gürcüstanın seçilmiş legitim hökumətinə tam dəstək verdi, Gürcüstan xalqının və dövlətinin yanında dayandı. Mən deyərdim, Gürcüstanın legitim hökumətinin ayaqda qalmasında, qonşu ölkənin yeni rəngli inqilab girdabına düşməməsində, xaosun və parçalanmanın baş verməməsində, əlbəttə, ən həlledici faktor Gürcüstan cəmiyyətinin, gürcü xalqının öz dövlətinə dəstəyi oldu. Onun içində Gürcüstanın vətəndaşları olan azərbaycanlılar da mühüm rol oynadı. Ancaq Gürcüstana xaricdən ən böyük dəstək Azərbaycandan gəlmişdi. Bu mənada təkcə Gürcüstan Azərbaycan üçün mühüm ölkə deyil, həm də Azərbaycan Gürcüstan üçün eyni dərəcədə əhəmiyyətli müttəfiq və yaxın dostdur.

Mərkəzi Asiyadakı türk dövlətlərinin Avropa İttifaqının şərtlərinə boyun əyib, Şimali Kipr Türk Respublikası ilə bağlı məsələdə Türkiyə əleyhinə mövqe tutması məlumdur. Azərbaycan öz qardaşlıq sədaqətini ŞKTC-ə və Türkiyəyə göstərdi, Şimali Kiprin türk xalqına dəstəyini nəinki geri çəkdi, əksinə daha da gücləndirdi. Bunun eynisini daha əvvəl Azərbaycan Cənubi Qafqazda Gürcüstana münasibətdə etmişdi. Bununla da Azərbaycan Türkiyə ilə - Anadolu ilə Qafqazı, Qafqazla Mərkəzi Asiyanı birləşdirən vacib aktor olduğunu bir daha sübut etdi. Gürcüstan prezidentinin ilk xarici səfərini Azərbaycana etməsi bu gerçəyi bir daha vurğulamış oldu.

Bahəddin Həzi, bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:172
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 17 Aprel 2025 14:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see415

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see278

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see277

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see275

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see261

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see257

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see243

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see237

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see234

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see212

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see202

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see197

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see196

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see192

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see191

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see191

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see183

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see168

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see168

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri