Gürcüstan Rusiya ilə sərhədi bağladı

13.08.2026

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Gürcüstan hakimiyyəti Rusiya ilə "Kazbeqi - Verxnıy Lars" yeganə quru sərhəd buraxılış məntəqəsini bağlayıb.

525.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, buna səbəb məntəqənin yerləşdiyi Devdoraki dərəsində suyun səviyyəsinin qalxmasıdır.

Məlumatda Devdoraki çayında quraşdırılmış xəbərdaredici sistemdən suyun səviyyəsinin artması ilə bağlı siqnal daxil olması bildirilir. Bu üzdən məntəqədəki insanlar, xidməti personal, polis və sərhədçilər dərhal təxliyə ediliblər. Bundan başqa sərhədə yaxın Qveleti kəndinə nəqliyyatın hərəkəti də dayandırılıb.

Qeyd edək ki, sərhəd buraxılış məntəqəsinin fəaliyyəti Devdoraki çayında suyun səviyyəsi normaya düşdükdən sonra bərpa olunacaq.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью