Gürcüstan Rusiya ilə sərhədi bağladı
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Gürcüstan hakimiyyəti Rusiya ilə "Kazbeqi - Verxnıy Lars" yeganə quru sərhəd buraxılış məntəqəsini bağlayıb.
525.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, buna səbəb məntəqənin yerləşdiyi Devdoraki dərəsində suyun səviyyəsinin qalxmasıdır.
Məlumatda Devdoraki çayında quraşdırılmış xəbərdaredici sistemdən suyun səviyyəsinin artması ilə bağlı siqnal daxil olması bildirilir. Bu üzdən məntəqədəki insanlar, xidməti personal, polis və sərhədçilər dərhal təxliyə ediliblər. Bundan başqa sərhədə yaxın Qveleti kəndinə nəqliyyatın hərəkəti də dayandırılıb.
Qeyd edək ki, sərhəd buraxılış məntəqəsinin fəaliyyəti Devdoraki çayında suyun səviyyəsi normaya düşdükdən sonra bərpa olunacaq.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:Rusiya Gürcüstan sərhədi bağlandı
31 İyul 2025 22:49
Rusiya Gürcüstan sərhədi açıldı
18 Aprel 2025 18:09
Rusiya Gürcüstan sərhədi iflic oldu
23 İyul 2025 23:55
Monqolustan Rusiya ilə sərhədi bağladı
21 Noyabr 2025 00:14
Qazaxıstan Rusiya ilə sərhədi müvəqqəti bağladı
27 Mart 2026 17:26
Baxış sayı:69
Bu xəbər 13 Avqust 2026 17:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















