Gürcüstan “xarici agentlər”i şəffaflaşdırır | Icma.az
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Məqsəd kimin arxasında haranın dayandığını aşkar etməkdir Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsi ABŞ Xarici Agentliklərin Qeydiyyatı Aktına (FARA) oxşar qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
Qanunun icraedici orqanı kimi Rajden Kupraşvilinin rəhbərlik etdiyi Korrupsiyaya Qarşı Mübarizə Bürosu seçilib.
Bu barədə hakim “Gürcü arzusu– Demokratik Gürcüstan” Partiyasının deputatı Arçil Qorduladze bildirib.
Onun sözlərinə görə, ABŞ-da xarici agentliklərin qeydiyyatı aktını Ədliyyə Nazirliyinin rəhbərliyi həyata keçirir: “Gürcüstanda isə belə bir vəzifə yoxdur.
Hazırkı reallıqları nəzərə alaraq, biz təklif edirik ki, bu qanunun icra orqanı publik hüquqi şəxs – Korrupsiyaya Qarşı Mübarizə Bürosu olsun.
Bu qurum onun hər bir müddəasının icrasını və nəzarəti təmin etsin”.
Qorduladze, həmçinin deyib ki, xarici agent kimi qeydiyyatdan keçmək barədə məlumatın verilməməsi və qeydiyyatdan yayınma 10 min lari məbləğində cərimə və ya 5 ilədək həbslə nəticələnəcək.
Tam oxu
Xəbəri oxu