Icma.az
close
up
RU
Gürcüstan “xarici agentlər”i şəffaflaşdırır

Gürcüstan “xarici agentlər”i şəffaflaşdırır

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Məqsəd kimin arxasında haranın dayandığını aşkar etməkdir

Gürcüstan parlamentinin Hüquq Məsələləri Komitəsi ABŞ Xarici Agentliklərin Qeydiyyatı Aktına (FARA) oxşar qanun layihəsini birinci oxunuşda təsdiqləyib. Qanunun icraedici orqanı kimi Rajden Kupraşvilinin rəhbərlik etdiyi Korrupsiyaya Qarşı Mübarizə Bürosu seçilib. Bu barədə hakim “Gürcü arzusu– Demokratik Gürcüstan” Partiyasının deputatı Arçil Qorduladze bildirib. Onun sözlərinə görə, ABŞ-da xarici agentliklərin qeydiyyatı aktını Ədliyyə Nazirliyinin rəhbərliyi həyata keçirir: “Gürcüstanda isə belə bir vəzifə yoxdur. Hazırkı reallıqları nəzərə alaraq, biz təklif edirik ki, bu qanunun icra orqanı publik hüquqi şəxs – Korrupsiyaya Qarşı Mübarizə Bürosu olsun. Bu qurum onun hər bir müddəasının icrasını və nəzarəti təmin etsin”.

Qorduladze, həmçinin deyib ki, xarici agent kimi qeydiyyatdan keçmək barədə məlumatın verilməməsi və qeydiyyatdan yayınma 10 min lari məbləğində cərimə və ya 5 ilədək həbslə nəticələnəcək.

Yada salaq ki, FARA-nın Gürcüstandakı hazırkı alternativi “Xarici təsirin şəffaflığı haqqında” Qanundur. Sənəddə təşkilatların öz maliyyələri haqqında deklarasiyaları nəzərdə tutulub. Buraya maliyyələşmənin 20 faizindən çoxunu xaricdən alan təşkilatlar daxildir. Bu qanun fiziki şəxslərə, hətta sonradan qeyri-hökumət təşkilatlarını maliyyələşdirən şəxslərə şamil olunmur. Sadəcə olaraq ildə bir dəfə müvafiq reyestr xidmətinə maliyyə hesabatı verilməlidir. Məqsəd vətəndaş cəmiyyəti institutlarının vəsaitləri haradan, hansı məqsədlər üçün aldıqlarını izləməyə imkan yaratmaq və hər bir aktorun arxasında kimin dayandığını müəyyən etməkdir. Belə ki, bəzi partiyaların paralel olaraq həm də qeyri-hökumət təşkilatları var. Onlar QHT-nin adından kənardan maliyyə alıblar və həmin vəsaitləri siyasi məqsədlər üçün istifadə ediblər. Bu isə Gürcüstan qanunvericiliyinə ziddir.

Onu da qeyd edək ki, qanun qəbul olunarkən müxalifət, qeyri-hökumət təşkilatları və kollektiv Qərb Gürcüstan hakimiyyətini tənqid edərək, onun Avropa dəyərlərinə zidd olduğunu bildiriblər. Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi, bu ölkə diplomatları üçün vizasız rejim dayandırılıb. Bundan əlavə, ABŞ-ın sabiq dövlət katibi Antoni Blinken “Xarici təsirin şəffaflığı haqqında" Qanunun qəbul edilməsi ilə əlaqədar Gürcüstan hökumətinə 95 milyon dollardan çox yardımın dayandırıldığını açıqlamışdı. Həmçinin Gürcüstan hökumətini “Xarici təsirin şəffaflığı haqqında” Qanunu və digər “problemli qanun layihələrini” geri götürərək “demokratik yola qayıtmağa” çağırmışdı. Bu, baş vermədikdə isə müxalifətin etiraz aksiyalarına dəstək verilmiş, parlament seçkilərinin nəticələri tanınmamışdı.

Lakin Tbilisi qanun layihəsini gerı çağırmadı və indi görürük ki, bir qədər də irəli gedərək yeni qanun layihəsi hazırlayıb. Yuxarıda qeyd edildiyi kimi, sənəd birinci oxunuşda qəbul olunub. Onu da qeyd edək ki, bu sənəd “Xarici təsirin şəffaflığı haqqında” Qanundan daha geniş sahəni əhatə edir. KİV-i və QHT-lərin birbaşa və ya dolayı yolla xaricdən maliyyələşməsinə qadağa qoyur. Bundan sonra, telekanallar və mətbuat orqanları xarici dövlətdən pul vəsaiti və ya əmlak dəyəri olan maddi dəstək ala bilməyəcəklər. Eyni zamanda, xarici dövlət tərəfindən yayım xidmətlərinin alınması, o cümlədən proqramların hazırlanması, yayımının birbaşa və ya dolayısı yolla maliyyələşdirilməsi qadağan ediləcək. Bu sahənin birgə maliyyələşdirməsi də dayandırılacaq. Həmçinin, telekanallarda sosial reklamın yerləşdirilməsinə də ciddi nəzarət olunacaq.

Layihənin qəbulundan sonra Kommunikasiya Tənzimləmə Komissiyasına televiziya və radioları xəbərdarlıq etmək və cərimələmək səlahiyyəti veriləcək. Bundan başqa, əgər komissiya media qurumunun etik standartları pozduğunu müəyyən edərsə, əvvəlcə xəbərdarlıq göndərəcək və pozuntunun aradan qaldırılması üçün vaxt verəcək. Müvafiq addım atılmasa, media qurumu cərimələnəcək.

Yada salaq ki, sənəddə xarici dövlət dedikdə, dövlət hakimiyyəti sisteminə daxil olan subyekt, fiziki şəxs (xarici vətəndaş), habelə xaricdə yaradılmış hüquqi şəxs, hər hansı təşkilat və ya birlik nəzərdə tutulur. Amma “Xarici təsirin şəffaflığı haqqında" Qanun fiziki şəxslərə, hətta sonradan qeyri-hökumət təşkilatlarını maliyyələşdirən şəxslərə şamil olunmur.

Bu barədə, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib ki, müxalifətin medianın xaricdən maliyyə almasına qarşı reaksiyası onların partiyalarının bu yolla qazanc əldə etdiyini göstərir. Parlament sədrinin sözlərinə görə, müxalifətin “təbliğat vasitələrinin xarici hökumətlər tərəfindən maliyyələşdirildiyi” barədə hələlik ictimaiyyətə məlumat verilməyib. Məsələn, müxalifətdəki Dəyişiklik Koalisiyasının lideri Nika Qvaramiya 2019-cu ildə yaradılmış "Mtavari Arkhi" telekanalının həmtəsisçisidir. 2024-cü ildə Qvaramiya siyasətə qoşulmaq qərarına gəldiyi üçün telekanalın baş direktoru vəzifəsindən istefa verib. Mamuka Xazaradzeyə gəlincə, o və onun “Gürcüstan naminə “Lelo” Partiyası müxalif “TV Pirveli” kanalının “patronu” hesab olunur. Onlar xarici maliyyə mənbələrindən böyük məbləğdə maliyyə yardımları alıblar. “Ona görə də bu məsələyə baxmaq vacibdir. Çünki bu fakt təsdiqlənərsə, Gürcüstanda keçirilən parlament seçkilərinə kənardan qanunsuz müdaxilənin növbəti sübutu olacaq”, – deyə Papuaşvili bildirib.

Xarici ölkələrdən ayrılan maliyyə vəsaiti əsasında fəaliyyət göstərən QHT-lər üçün yeni məhdudiyyətlər tətbiq ediləcək. Bu barədə parlament məlumat yayıb. Bildirilib ki, parlamentin reqlamentinə nəzərdə tutulan dəyişikliklərə əsasən, qanunvericilik orqanında ictimai qərarların qəbulunda qeyri-hökumət təşkilatlarının (QHT) iştirakının məcburiliyinə dair maddə ləğv edilir. Layihəni təqdim edən parlamentin Prosedur məsələləri və qaydalar komitəsinin sədri Davit Matikaşvili, xüsusilə, xaricdən maliyyələşən bir çox QHT-nin ölkənin milli mənafelərini deyil, maliyyə aldıqları dövlətlərin və təşkilatların maraqlarını müdafiə etdiklərini vurğulayıb. O, xarici maliyyə ilə fəaliyyət göstərən bəzi QHT-lərin milli dövlətçiliyə və demokratiyaya ziyan vurduqlarını qeyd edib. Komitə sədri bu məsələlərin “USAID qalmaqalı” fonunda ortaya çıxdığını bildirib. Yeni qanun layihəsinə əsasən, QHT-lər parlamentdə yalnız özlərinin maraqlı olduqları məsələlərin müzakirəsində iştirak edə biləcəklər. Bundan əlavə, layihədə Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinin seçilmə prosedurana dəyişiklik də öz əksini tapıb. Dəyişikliyə görə, parlament üzvlərinin ən azı beşdə üçü tərəfindən dəstəklənmiş namizəd MSK-ya üzv seçilə bilər.

Məlum olur ki, xaricdən maliyyələşən QHT-lər ölkənin maraqlarına ziyan vururlar. Maliyyə mənbələri kimi USAID-lə yanaşı ABŞ-nin Milli Demokratiya Fondunun (NED) da adı çəkilir. Bildirilir ki, NED-in fəaliyyəti Gürcüstan üçün zərərli idi. Bunu Baş nazir İrakli Kobaxidze Ozurqetidə jurnalistlərə açıqlamasında deyib.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Mart 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yelo Bank dan mikro bizneslərə yay dəstəyi!

24 İyun 2026 14:50see290

“Aşkı Memnu”nun 82 yaşlı Firdevsi fit formada

24 İyun 2026 17:52see259

ADY Çində beynəlxalq nəqliyyat sərgisində Azərbaycanın tranzit və logistika imkanlarını təqdim edir FOTO

24 İyun 2026 17:47see241

Rəsmi Bakı Fransaya sərt cavab verdi

24 İyun 2026 18:34see240

“Fransadakı erməni diasporu maddi maraqlarını təmin etmək üçün Ermənistanın faciəsinə çalışır”

24 İyun 2026 19:47see239

QS sammitində Azərbaycan pavilyonu AÇILDI

24 İyun 2026 17:29see235

Ursula fon der Lyayenə qarşı istintaq başlanıldı − Zelenski ilə gizli söhbətə görə

25 İyun 2026 00:07see233

Uşaqların boyunu uzadan qidalar Mütəxəssislər açıqladı

24 İyun 2026 22:50see232

Maksimum bal toplayan məzunlar Siyahı

25 İyun 2026 02:56see221

Prezident İlham Əliyev bir sıra fərmanlarda dəyişiklik edib

24 İyun 2026 23:38see216

Qətər millisi qrupda qaldı

25 İyun 2026 01:26see215

Uşağınız televizora belə baxırsa, diqqətli olun! Onlarda bu xəstəlik ola bilər

24 İyun 2026 22:43see201

ŞOK! 50 azərbaycanlı gizlicə Afrikaya aparılıb? Orqan mafiyasının dəhşətli şəbəkəsi üzə çıxdı

25 İyun 2026 12:26see195

Qara Hot doq faydalı, yoxsa iyrənc?

25 İyun 2026 00:08see192

SOCAR İtaliya ilə enerji təhlükəsizliyi və investisiya layihələri üzrə fikir mübadiləsi aparıb

24 İyun 2026 17:58see191

Zelenski ilə məxfi yazışmalar üzə çıxdı: Avropa Komissiyası sədrinə qarşı araşdırma

24 İyun 2026 22:19see190

Qobustanda yol polisindən yayınan sürücü həbs edildi KONKRET

25 İyun 2026 12:27see189

Temu dan ucuz paraşüt alıb test etdi (Video)

25 İyun 2026 21:43see186

Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir

24 İyun 2026 15:01see181

Xəyanətdən sonra qalmalı, yoxsa ayrılmalı?

24 İyun 2026 21:42see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri