Gürcüstanda prezidentliyə namizəd keçmiş futbolçudur DOSYE | Icma.az
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Xəbər verdiyimiz kimi, Mixail Kavelaşvili Gürcüstan prezidenti postuna namizəd olub.Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə hakim “Gürcü arzusu” partiyasının fəxri sədri, milyarder Bidzina İvanişvili bildirib.Mixail Kavelaşvili keçmiş futbolçudurdur.
O, 1991-2002-ci illərdə Gürcüstan millisinin heyətində 46 oyun keçirib və bu oyunlarda 9 qol vurub.Mixail Kavelaşvili 22 iyul 1971-ci ildə Tbilisidə doğulub.
Kavelaşvili futbolçu karyerasına Tbilisinin "Lokomotiv" klubunda başlayıb, sonra "Dinamo"ya keçib və onunla altıqat Gürcüstan çempionu olub (1990-1995).Daha sonra 1995-ci ildə Vladiqafqazın "Spartak-Alaniya" klubuna keçib və onunla birlikdə Rusiya çempionluğunu da qazanıb.Mixail Kavelaşvili 1996-cı ildə İngiltərənin "Mançester Siti" klubuna keçib.
Sonra onu İsveçrə "Grasshopper"inə icarəyə veriblər. Kavelaşvili sonrakı 10 il ərzində İsveçrənin müxtəlif klublarında çıxış edib.2004-cü il
Bir neçə ildən sonra karyerasına son qoyub.“Dürüstlük, ədalət, vətənpərvərlik Mixail Kavelaşvilini fərqləndirən keyfiyyətlərdir.
O, təbiətinə görə gürcü kişisinin ən yaxşı təcəssümüdür. O, gözəl ər və dörd uşaq atasıdır.
Bütün qeyd olunanları nəzərə alaraq, komanda Gürcüstan prezidenti vəzifəsinə Mixail Kavelaşvilinin namizədliyinin irəli sürülməsi ilə bağlı yekdil qərar qəbul edib.
Tam oxu
Xəbəri oxu