Icma.az
close
up
RU
Gürcüstanda prezidentliyə namizəd keçmiş futbolçudur DOSYE

Gürcüstanda prezidentliyə namizəd keçmiş futbolçudur DOSYE

Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Xəbər verdiyimiz kimi, Mixail Kavelaşvili Gürcüstan prezidenti postuna namizəd olub.

Bakıvaxtı.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə hakim “Gürcü arzusu” partiyasının fəxri sədri, milyarder Bidzina İvanişvili bildirib.

Mixail Kavelaşvili keçmiş futbolçudurdur. O, 1991-2002-ci illərdə Gürcüstan millisinin heyətində 46 oyun keçirib və bu oyunlarda 9 qol vurub.

Mixail Kavelaşvili 22 iyul 1971-ci ildə Tbilisidə doğulub. Kavelaşvili futbolçu karyerasına Tbilisinin "Lokomotiv" klubunda başlayıb, sonra "Dinamo"ya keçib və onunla altıqat Gürcüstan çempionu olub (1990-1995).

Daha sonra 1995-ci ildə Vladiqafqazın "Spartak-Alaniya" klubuna keçib və onunla birlikdə Rusiya çempionluğunu da qazanıb.

Mixail Kavelaşvili 1996-cı ildə İngiltərənin "Mançester Siti" klubuna keçib. Sonra onu İsveçrə "Grasshopper"inə icarəyə veriblər. Kavelaşvili sonrakı 10 il ərzində İsveçrənin müxtəlif klublarında çıxış edib.

2004-cü ilin ikinci yarısında altı ay müddətinə "Alaniya"ya icarəyə verilib. Bir neçə ildən sonra karyerasına son qoyub.

“Dürüstlük, ədalət, vətənpərvərlik Mixail Kavelaşvilini fərqləndirən keyfiyyətlərdir. O, təbiətinə görə gürcü kişisinin ən yaxşı təcəssümüdür. O, gözəl ər və dörd uşaq atasıdır. Bütün qeyd olunanları nəzərə alaraq, komanda Gürcüstan prezidenti vəzifəsinə Mixail Kavelaşvilinin namizədliyinin irəli sürülməsi ilə bağlı yekdil qərar qəbul edib. Əminəm ki, Mixail Kavelaşvili Prezident İnstitutundan müvəqqəti olaraq götürülən ləyaqəti tam bərpa edəcək. Dekabrın 29-da yeni prezidentin andiçmə mərasimi keçiriləcək”, - İvanişvili namizəd haqqındakı açıqlamasında bildirib.

Kavelaşvili bu il 26 oktyabrda keçirlmiş parlament seçkilərində “Gürcü arzusu” partiyasının siyahısında 18-ci yerdə olub.

Gürcüstanda prezident seçkiləri bu il dekabrın 14-də parlamentin binasında, andiçmə mərasimi isə dekabrın 29-da keçiriləcək. 

Konstitusiyaya əsasən, prezidenti xalq deyil, 300 nəfərdən ibarət kollegiya seçəcək. Kollegiya Gürcüstan parlamentinin 150 deputatından, Acarıstan və Abxaziya Muxtar Respublikasının (mühacirətdə) Ali Şuralarının üzvlərindən ibarətdir. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 27 Noyabr 2024 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see268

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see251

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see237

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see226

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see225

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see222

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see208

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see207

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see204

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see197

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see197

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see196

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see186

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see179

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see178

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see178

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see173

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see166

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see162

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri