Gürcüstanda terrorçuluqda ittiham olunan müxalifət lideri həbs edilib

01.12.2025

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

Terror törətməyə cəhddə ittiham olunan müxalif “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşvili barəsində həbs qətimkan tədbiri seçilib.

APA-nın yerli bürosu xəbər verir ki, hökmü Tbilisi Şəhər Məhkəməsi elan edib.

Müdafiə tərəfi siyasətçi barəsində 5 min lari girov məbləğində girov qətimkan tədbirinin seçilməsini tələb etsə də, məhkəmə ittiham tərəfinin vəsatətini təmin edib.

Xatırladaq ki, Elisaşvili noyabrın 29-da Tbilisi Şəhər Məhkəməsinin dəftərxana binasını yandırmağa cəhd edib. Günahının sübuta yetiriləcəyi halda, müxalifətçi 10 ildən 15 ilədək həbs cəzası ilə üzləşə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью