Gürcüstanda terrorçuluqda ittiham olunan müxalifət lideri həbs edilib
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Terror törətməyə cəhddə ittiham olunan müxalif “Güclü Gürcüstan” koalisiyasının liderlərindən biri Aleko Elisaşvili barəsində həbs qətimkan tədbiri seçilib.
APA-nın yerli bürosu xəbər verir ki, hökmü Tbilisi Şəhər Məhkəməsi elan edib.
Müdafiə tərəfi siyasətçi barəsində 5 min lari girov məbləğində girov qətimkan tədbirinin seçilməsini tələb etsə də, məhkəmə ittiham tərəfinin vəsatətini təmin edib.
Xatırladaq ki, Elisaşvili noyabrın 29-da Tbilisi Şəhər Məhkəməsinin dəftərxana binasını yandırmağa cəhd edib. Günahının sübuta yetiriləcəyi halda, müxalifətçi 10 ildən 15 ilədək həbs cəzası ilə üzləşə bilər.
Bu mövzuda digər xəbərlər:Gürcüstanın müxalifət lideri terrorçuluqda ittiham edilib
30 Noyabr 2025 19:18
Gürcüstanda daha bir müxalifət lideri həbs edilib
13 İyun 2025 12:08
Gürcüstanda müxalifət lideri saxlanılıb
30 May 2025 08:15
Gürcüstanda müxalifət lideri saxlanıldı
29 May 2025 22:04
Gürcüstanda əsas müxalifət lideri həbs edildi
04 Dekabr 2024 21:46
Baxış sayı:21
Bu xəbər 01 Dekabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















