Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ötən il Azərbaycan Gürcüstandan 178 milyon ABŞ dolları dəyərində yerli məhsul idxal edib.
Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.
Azərbaycan qonşu ölkədə istehsl olunan məhsulların tədarükünü illik müqayisədə 26,1% artırıb.
Gürcüstanın ümumi ixracı 7,29 milyard dollar olub və illik müqayisədə 11,2% çoxalıb.
Azərbaycan Gürcüstanın ixracında 5,3% payla ilk onluqda VI yeri tutub.
Ən çox ixrac olunan məhsullar sırasında qiymətli metal filizləri, üzüm şərabı, spirtli içkilər, ferroərintilər, qoz-fındıq, mineral sular, şəkərli içkilər, gübrələr, qızıl və mis filizləri yer alıb.Gürcüstandan idxalın 26% artımını hansı amil şərtləndirir: daxili bazarda tələbin genişlənməsi, yoxsa qiymət üstünlüyü?Gürcüstandan ən çox idxal olunan məhsullar (şərab, fındıq, mineral sular və s.) Azərbaycan bazarında hansı seqmentləri gücləndirir?
Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Gürcüstan məhsulları Azərbaycan bazarında keyfiyyət və qiymət baxımından rəqabətqabiliyyətlidir: “Gürcüstandan idxalın 26% artması həm Azərbaycan bazarında tələbin genişlənməsi, həm də qiymət üstünlüyü ilə bağlıdır.