“Gürcüstandan idxal həm istehlak bazarını, həm də sənaye və istehsal seqmentlərini gücləndirir”
Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan qonşu ölkədə istehsl olunan məhsulların tədarükünü illik müqayisədə 26,1% artırıb. Gürcüstanın ümumi ixracı 7,29 milyard dollar olub və illik müqayisədə 11,2% çoxalıb. Azərbaycan Gürcüstanın ixracında 5,3% payla ilk onluqda VI yeri tutub. Ən çox ixrac olunan məhsullar sırasında qiymətli metal filizləri, üzüm şərabı, spirtli içkilər, ferroərintilər, qoz-fındıq, mineral sular, şəkərli içkilər, gübrələr, qızıl və mis filizləri yer alıb.
Gürcüstandan idxalın 26% artımını hansı amil şərtləndirir: daxili bazarda tələbin genişlənməsi, yoxsa qiymət üstünlüyü?Gürcüstandan ən çox idxal olunan məhsullar (şərab, fındıq, mineral sular və s.) Azərbaycan bazarında hansı seqmentləri gücləndirir?Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Gürcüstan məhsulları Azərbaycan bazarında keyfiyyət və qiymət baxımından rəqabətqabiliyyətlidir: “Gürcüstandan idxalın 26% artması həm Azərbaycan bazarında tələbin genişlənməsi, həm də qiymət üstünlüyü ilə bağlıdır. Son illərdə turizm sektorunun genişlənməsi bəzi məhsullara tələbi artırıb. Eyni zamanda Gürcüstan məhsulları Azərbaycan bazarında keyfiyyət və qiymət baxımından rəqabətqabiliyyətlidir, buna görə idxal həcmi artıb.
Şərab və spirtli içkilər premium və orta seqmentdə istehlakçı seçimlərini zənginləşdirir, restoran və turizm sektorunu gücləndirir. Fındıq və qoz şirniyyat və qida istehsalı üçün xammal rolunu oynayır və ev istehlakını artırır. Mineral və şəkərli sular gündəlik istehlak bazarını genişləndirir. Ferroərintilər və qiymətli metal filizləri isə sənaye və istehsal sektorunda, xüsusilə metallurgiya və tikinti sahələrində təchizatı dəstəkləyir”.
Akif Nəsirli
“Ümumilikdə, idxal həm istehlak bazarını, həm sənaye və istehsal seqmentlərini gücləndirir və Azərbaycan-Gürcüstan ticarət əlaqələrini möhkəmləndirir. Digər tərəfdən, ümumiyyətlə idxalın artmadının əsas səbəbi demək olar ki, daxili istehsalın bütün seqmentlər üzrə azalmasıdır”, - deyə Akif Nəsirli qeyd edib.
Günel Həsənova, Bizimyol.info
Baxış sayı:90
Bu xəbər 21 Yanvar 2026 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















