Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Gürcüstanda iki gündür davam edən mitinqlərə görə, Tbilisiyə Qərbdən tənqidlər gəlir.
Globalinfo.az xəbər verir ki, müxalifətə açıq dəstəyi ilə tanınan Almaniya parlamentinin Beynəlxalq Münasibətlər Komitəsinin sədri Mixail Rot Tbilisidə yaşananları “Gürcüstan hökumətinin xalqına qarşı müharibəsi” adlandırıb: “Azadlıq qələbə qazanacaq, Avropa axır ki oyanmalıdır.
Gürcüstanda bizim ümumi dəyərlərimiz təhdid altındadır”. Danimarka xarici işlər naziri Lars Lyokke Rasmussen isə ölkədə etirazçılara qarşı g
O, Kopenhagenin gürcü xalqını dəstəklədiyini bildirib. Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsindən də bənzər açıqlama gəlib.
Üstəlik, assambleyadakı bəzi siyasətçilər Gürcüstanın təşkilatdakı nümayəndə heyətinin mandatının dondurulması təşəbbüsü ilə çıxış edəcəklərini bildiriblər.
Lakin ən maraqlı reaksiya ABŞ Konqresindəki Helsinki Komissiyasından gəlib.
Komissiyada təmsil olunan hər iki partiyanın həmsədrləri birgə bəyanat yayaraq, Gürcüstan hökumətini “de-fakto qeyri legitim” adlandırıb.