Icma.az
close
up
RU
Gürcüstanla bağlı hərəkətə keçildi ABŞda hökumət qeyrilegitim elan olundu

Gürcüstanla bağlı hərəkətə keçildi ABŞda hökumət qeyrilegitim elan olundu

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Gürcüstanda iki gündür davam edən mitinqlərə görə, Tbilisiyə Qərbdən tənqidlər gəlir.

Globalinfo.az xəbər verir ki, müxalifətə açıq dəstəyi ilə tanınan Almaniya parlamentinin Beynəlxalq Münasibətlər Komitəsinin sədri Mixail Rot Tbilisidə yaşananları “Gürcüstan hökumətinin xalqına qarşı müharibəsi” adlandırıb:

“Azadlıq qələbə qazanacaq, Avropa axır ki oyanmalıdır. Gürcüstanda bizim ümumi dəyərlərimiz təhdid altındadır”.

Danimarka xarici işlər naziri Lars Lyokke Rasmussen isə ölkədə etirazçılara qarşı güc tətbiqindən narahat olduğunu bildirib. O, Kopenhagenin gürcü xalqını dəstəklədiyini bildirib. Avropa Şurası Parlament Assambleyasının Daimi Komitəsindən də bənzər açıqlama gəlib. Üstəlik, assambleyadakı bəzi siyasətçilər Gürcüstanın təşkilatdakı nümayəndə heyətinin mandatının dondurulması təşəbbüsü ilə çıxış edəcəklərini bildiriblər.

Lakin ən maraqlı reaksiya ABŞ Konqresindəki Helsinki Komissiyasından gəlib. Komissiyada təmsil olunan hər iki partiyanın həmsədrləri birgə bəyanat yayaraq, Gürcüstan hökumətini “de-fakto qeyri legitim” adlandırıb. Komissiyadakı konqresmenlər etirazlara çıxan gürcülərlə həmrəy olduqlarını bildirib.

Helsinki Komissiyası ABŞ-da qərarverici qurum sayılmır. Lakin komissiyada həm Respublikaçılar, həm də Demokratlar Partiyasından konqresmenlər təmsil olunur. Bu komissiyanın tövsiyələri ABŞ-ın xarici siyasət kursunun müəyyənləşməsinə təsir edir.

29.11.2024-cü il. Gürcüstanda etirazlar davam edir

Hələlik Gürcüstan hökuməti nə dünən baş verənlərə, nə də gələn reaksiyalara cavab verməyib. Lakin dünən Gürcüstan baş naziri İrakli Kobaxidze Avropa Birliyinin ölkədəki səfiri Pavel Qerçinskiyə xəbərdarlıq edib. O deyib ki, səfir əgər ölkənin işlərinə qarışmağı dayandırmasa, Tbilisinin diplomatik reaksiyaları olacaq.

Qeyd edək ki, dünən Gürcüstanda yenidən etirazlar olub. Etirazlar əsasən Tbilisi və Batumi şəhərlərində keçib. Etirazlara bir öncəki günlə müqayisədə daha çox adam toplanıb. Etirazçılarla polis arasında hər iki şəhərdə toqquşma yaşanıb. Xüsusilə Tbilisidə polis etirazçılara güc tətbiqi edib. Xeyli sayda etirazçı saxlanılıb. Aksiyalar fonunda isə hökumətin siyasətinə etiraz olaraq Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyinin və digər dövlət və özəl qurumların onlarla əməkdaşı etiraz bəyanatı yayıblar.

Onu da xatırladaq ki, Gürcüstanda etirazlar hökumətin Avropa Birliyinə üzvlük danışıqlarını 2028-ci ilin sonuna qədər dayandıracağını elanından sonra başlayıb. Hökumət bu qərarın Avropa Birliyi üzvlüyündən imtina mənasına gəlmədiyini, əksinə, bununla AB-nin ölkənin daxili işlərinə müdaxiləsini, eləcə də üzvlük danışıqlarından şantaj kimi istifadəsinin qarşısını almaq məqsədi daşıdığını bildirib. Müxalifət və prezident Salome Zurabişvili isə bununla razılaşmır və hökumətin qərarını konstitusiyanın 78-ci maddəsinin pozulması kimi dəyərləndirir. Bu maddədə Gürcüstanın avrointeqrasiya kursuna bağlılığı əks olunub. Zurabişvili həmçinin buna əsaslanaraq hökuməti və mövcud parlamenti qeyri-legitim adlandırıb.

Əliyar Xəlil
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 30 Noyabr 2024 13:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri