Icma.az, Idman.biz portalına istinadən məlumat verir. “2024-cü il idmançılarımız üçün uğurlu oldu”.
Bunu İdman.biz-ə dünya və Avropa çempionu Hacı Əliyev deyib.
Tanınmış güləşçi bildirib ki, ötən il onun üçün xüsusi mahiyyət kəsb edib: “Paris-2024 Yay Olimpiya Oyunlarında iki qızıl medal qazandıq.
Həmçinin yunan-Roma güləşi üzrə milli komandamız ikinci dəfə dünya çempionu oldu. Bu da tarixi bir qələbədir.
2024-cü il mənim yaddaşımda həmişə gözəl qalacaq, çünki məhz bu ildə karyeramı bitirdim.
Əlbəttə, mən də istəyərdim ki, Olimpiadada qələbə qazanım. Sonuncu Oyunlarım idi. Qismət olmadı. Ancaq qətiyyən məyus olmuram.
Çünki indiyə kimi bir çox tarixi nəticələrə imza atmışam. Ən önəmlisi, iki Olimpiya medalı qazanmışam.
Düşünürəm ki, nəticələrimi yeniləmək üçün bir sərbəst güləşçiyə uzun illər lazımdır. Ən güclü idmançının belə “bitmə tarixi” var.