Hacı Əliyev Güləş Federasiyasında işə başlayacaq İdman və Biz
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
“2024-cü il idmançılarımız üçün uğurlu oldu”.
Bunu İdman.biz-ə dünya və Avropa çempionu Hacı Əliyev deyib.
Tanınmış güləşçi bildirib ki, ötən il onun üçün xüsusi mahiyyət kəsb edib: “Paris-2024 Yay Olimpiya Oyunlarında iki qızıl medal qazandıq. Həmçinin yunan-Roma güləşi üzrə milli komandamız ikinci dəfə dünya çempionu oldu. Bu da tarixi bir qələbədir. 2024-cü il mənim yaddaşımda həmişə gözəl qalacaq, çünki məhz bu ildə karyeramı bitirdim. Əlbəttə, mən də istəyərdim ki, Olimpiadada qələbə qazanım. Sonuncu Oyunlarım idi. Qismət olmadı. Ancaq qətiyyən məyus olmuram. Çünki indiyə kimi bir çox tarixi nəticələrə imza atmışam. Ən önəmlisi, iki Olimpiya medalı qazanmışam. Düşünürəm ki, nəticələrimi yeniləmək üçün bir sərbəst güləşçiyə uzun illər lazımdır. Ən güclü idmançının belə “bitmə tarixi” var. Arzu edirəm ki, məndən də yaxşı, güclü güləşçilər yetişsin. Növbəti dünya və Avropa çempionatlarında idmançılarımıza uğurlar arzulayıram”.
Millimizin sabiq güləşçisi gələcək planlarını da açıqlayıb: “Şükürlər olsun ki, canımız sağlamdır. 2025-ci ildə Azərbaycan Güləş Federasiyası tərəfindən hansısa bir işlə təmin olunacam. Bildiklərimi gələcək nəsillərə ötürməyə borcluyam. Harada olmağımdan asılı olmayaraq, hər zaman güləşçilərimizin yanında olmağa çalışacam. Necə ki bu günə qədər olmuşam”.
Aytac Sahəd
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 06 Yanvar 2025 16:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















