Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, AZXEBER.COM informasiya portalının baş redaktoru Hacıbəy Heydərlinin məqaləsi Özbəkistanın Dövlət Xəbər agentliyi olan uza.uz-da yayımlanıb.
Məqalədə qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycan çox uğurlu daxili və xarici siyasət həyata keçirir.
Bu gün Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir.
Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir.
Hacıbəy Heydərli qeyd edib ki, Azərbaycan ilə Özbəkistan arasında hər sahədə yüksək səviyyədə olan münasibətlər QHT və media sferasında da günü-gündən inkişaf edir.
O bildirib ki, 5 dekabrda Daşkənddə baş tutan Özbəkistan və Azərbaycan qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunu bugünkü və gələcək inkişaf yolunun yeni bir mərhələsi hesab etmək olar: "Daşkənddə bir sıra Azərbaycan və Özbəkistan QHT-ləri arasında Əməkdaşlıq Memorandumları imzalandı, vacib təşəbbüslər irəli sürüldü.
Forumda qeyd edildi ki, Azərbaycan və Özbəkistanın QHT-lərlə işləyən müvafiq dövlət qurumlarının QHT-lər üçün birgə qrant müsabiqələri elan ediləcək.