Icma.az
close
up
RU
Hacıbəy Heydərlinin məqaləsi Özbəkistanın Dövlət Agentliyində yayımlandı FOTO Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Hacıbəy Heydərlinin məqaləsi Özbəkistanın Dövlət Agentliyində yayımlandı FOTO Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Azxeber.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, AZXEBER.COM informasiya portalının baş redaktoru Hacıbəy Heydərlinin məqaləsi Özbəkistanın Dövlət Xəbər agentliyi olan uza.uz-da yayımlanıb.

Məqalədə qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi illərdə Azərbaycan çox uğurlu daxili və xarici siyasət həyata keçirir. Bu gün Azərbaycan-Özbəkistan münasibətləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu gün Azərbaycan bütün türk dövlətləri, o cümlədən Özbəkistanla ən yüksək səviyyədə diplomatik əlaqələrin qurulmasında və inkişaf etdirilməsində bölgənin lider dövləti kimi mühüm təşəbbüslər göstərir, türk birliyinin inkişafına böyük töhfələr verir.

Hacıbəy Heydərli qeyd edib ki, Azərbaycan ilə Özbəkistan arasında hər sahədə yüksək səviyyədə olan münasibətlər QHT və media sferasında da günü-gündən inkişaf edir. O bildirib ki, 5 dekabrda Daşkənddə baş tutan Özbəkistan və Azərbaycan qeyri-hökumət təşkilatlarının əməkdaşlıq forumunu bugünkü və gələcək inkişaf yolunun yeni bir mərhələsi hesab etmək olar:

"Daşkənddə bir sıra Azərbaycan və Özbəkistan QHT-ləri arasında Əməkdaşlıq Memorandumları imzalandı, vacib təşəbbüslər irəli sürüldü. Forumda qeyd edildi ki, Azərbaycan və Özbəkistanın QHT-lərlə işləyən müvafiq dövlət qurumlarının QHT-lər üçün birgə qrant müsabiqələri elan ediləcək. Bu forum, Azərbaycan və Özbəkistanın qeyri-hökumət təşkilatları arasında təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi və yeni tərəfdaşlıqların qurulması üçün vacib bir zəmin yaradır. Bizim üçün mühüm olan, iki ölkənin vətəndaş cəmiyyətlərinin daha sıx inteqrasiyası və birgə inkişaf naminə səmərəli əməkdaşlıq yollarının müəyyən edilməsidir. Azərbaycan və Özbəkistan, beynəlxalq səviyyədə bir-birinin ərazi bütövlüyünü dəstəkləyən, mədəni və tarixi bağlarla möhkəmlənmiş iki dost, qardaş ölkədir. Azərbaycan və Özbəkistan QHT-ləri arasında qurulan bu əməkdaşlıq modeli, digər ölkələr üçün də örnək ola bilər.
Azərbaycan və Özbəkistanın QHT-ləri, qarşılıqlı əməkdaşlıq və regional inkişafda mühüm rol oynamağa davam edəcəkdir. İki ölkənin vətəndaş cəmiyyəti təşkilatları, hər iki dövlətin sosial və iqtisadi inkişafını dəstəkləmək, demokratiyanın təşviqinə yardım etmək və humanitar sahədə müsbət dəyişikliklərə nail olmaq üçün birlikdə fəaliyyət göstərə bilərlər.
Ümumiyyətlə, Azərbaycan və Özbəkistan arasındakı QHT əməkdaşlığı, hər iki ölkə arasında möhkəm və davamlı əlaqələrin qurulmasında mühüm bir elementdir. Bu əməkdaşlıq, həmçinin geniş miqyaslı regional təşəbbüslərin həyata keçirilməsində əsas rol oynayır.

Məqalənin linki: https://uza.uz/ru/posts/azerbaydzhan-i-uzbekistan-novyy-etap-druzhby-i-sotrudnichestva_665939

Telegram: https://t.me/uzauzrus/53313


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 11 Dekabr 2024 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see241

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see206

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see205

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see193

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see170

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see156

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see139

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see130

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri