Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycanın aparıcı kənd təsərrüfatı müəssisələrindən biri olan Hacıqabul Quşçuluq Şirkəti ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarının Corciya ştatına yumurta ixracını uğurla həyata keçirib.
İxrac olunan məhsullar ABŞ-ın müvafiq dövlət qurumları tərəfindən laborator müayinədən keçirilmiş, istehlaka yararlı hesab edilərək bazara çıxarılıb.
ABŞ-da quş qripi səbəbilə baş verən yumurta çatışmazlığı və qiymət artımı fonunda əldə olunan razılaşmaya əsasən, ilkin mərhələdə 720.000 ədəd yumurta Corciya ştatına göndərilib.
Əlavə olaraq, iki ABŞ mənşəli şirkət tərəfindən həftəlik olaraq 1.080.000 ədəd yumurta üçün sifariş tələbi qəbul edilib.
Yumurtaların daşınması “Poti Logistik Parkı”nın dəstəyi ilə konteynerlər vasitəsilə sürətli və təhlükəsiz şəkildə həyata keçirilir.
Bu mühüm addım Azərbaycanın yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının qlobal bazarlarda artan nüfuzunun və rəqabət qabiliyyətinin bariz göstəricisidir.
Hacıqabul Quşçuluq Şirkəti eyni zamanda Afrika qitəsində də uğurlu ixrac addımı atıb.