Icma.az
close
up
RU
Menu

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Qol vurdu, “ən yaxşı” oldu

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

Yaponiyada ayı xarici turistə hücum ETDİ

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

E vitamini ilə zəngin 5 məhsul

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

Hacıqabul yumurtaları ABŞ bazarında

Hacıqabul yumurtaları ABŞ bazarında

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın aparıcı kənd təsərrüfatı müəssisələrindən biri olan Hacıqabul Quşçuluq Şirkəti ilk dəfə olaraq Amerika Birləşmiş Ştatlarının Corciya ştatına yumurta ixracını uğurla həyata keçirib.

İxrac olunan məhsullar ABŞ-ın müvafiq dövlət qurumları tərəfindən laborator müayinədən keçirilmiş, istehlaka yararlı hesab edilərək bazara çıxarılıb.

ABŞ-da quş qripi səbəbilə baş verən yumurta çatışmazlığı və qiymət artımı fonunda əldə olunan razılaşmaya əsasən, ilkin mərhələdə 720.000 ədəd yumurta Corciya ştatına göndərilib. Əlavə olaraq, iki ABŞ mənşəli şirkət tərəfindən həftəlik olaraq 1.080.000 ədəd yumurta üçün sifariş tələbi qəbul edilib. Yumurtaların daşınması “Poti Logistik Parkı”nın dəstəyi ilə konteynerlər vasitəsilə sürətli və təhlükəsiz şəkildə həyata keçirilir. Bu mühüm addım Azərbaycanın yüksək keyfiyyətli kənd təsərrüfatı məhsullarının qlobal bazarlarda artan nüfuzunun və rəqabət qabiliyyətinin bariz göstəricisidir.

Hacıqabul Quşçuluq Şirkəti eyni zamanda Afrika qitəsində də uğurlu ixrac addımı atıb. Belə ki, Qambiya Respublikasına 770.000 ədəd yumurta ixrac edilmiş, cari ayın sonunadək əlavə 820.000 ədəd yumurtanın göndərilməsi planlaşdırılır. Hazırda Hacıqabul Quşçuluq Şirkəti Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, İraq və Əfqanıstan bazarlarına müntəzəm yumurta ixracını həyata keçirir. Təkcə 2025-ci il ərzində Birləşmiş Ərəb Əmirliklərinə ümumilikdə 26.542.800 ədəd yumurta ixrac olunmuşdur ki, bu da ölkədə daxili yumurta balansının qorunub saxlanmasına öz müsbət töhfəsini verib.

Əlavə olaraq Avropa İttifaqı ölkələrinə ixrac istiqamətində zəruri texniki və hüquqi prosedurlara başlanıb.

Həmçinin Körfəz ölkələri ilə yeni ixrac müqavilələrinin imzalanması üzrə yekun danışıqlar aparılır və yaxın günlərdə bu bazarlara da ixracın başlanması planlaşdırılır. Bu uğurların əldə olunmasında ölkə rəhbərliyinin kənd təsərrüfatı sektoruna, xüsusilə də quşçuluq sahəsinə göstərdiyi ardıcıl diqqət və sistemli dəstək mühüm rol oynayır. Azərbaycanda həyata keçirilən iqtisadi şaxələndirmə siyasəti və qeyri-neft sektorunun inkişafına yönəlik islahatlar, yerli istehsalçılara qlobal bazarlarda öz mövqelərini gücləndirməyə və yüksək keyfiyyətli məhsulları ixrac etməyə imkan yaradıb. 

Cari il ərzində şirkət HACCP, ISO 9001:2015 və ISO 22000:2018 beynəlxalq uyğunluq sertifikatlarına layiq görülmüşdür ki, bu da Azərbaycanın beynəlxalq bazarlara daha etibarlı və keyfiyyətli məhsul təqdim etməsinə imkan yaradır.

Yaxın zamanda şirkət Azərbaycanda ilk dəfə olaraq pasterizə olunmuş yumurta istehsalı sahəsini istifadəyə verməyə hazırlaşır. Bu innovativ addım məhsulun saxlanma müddətini artırmaqla yanaşı, qlobal bazarlarda rəqabət imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək. 

Qeyd edək ki, Hacıqabul Quşçuluq Şirkəti 1976-cı ildə Hacıqabul rayonunun Ağacanlı kəndində təsis edilmişdir. Şirkət hazırda gündəlik 2.000.000 ədəd, illik isə 720.000.000 ədəd yumurta istehsalı gücünə malikdir. Müəssisədə qurulmuş müasir laboratoriyada məhsullar beynəlxalq standartlara uyğun olaraq keyfiyyət və təhlükəsizlik göstəricilərinə görə analiz edilir.

Hacıqabul Quşçuluq Şirkəti öz fəaliyyətində ekoloji davamlılıq və yaşıl enerji texnologiyalarının tətbiqi istiqamətində mühüm addımlar atmaqdadır. Şirkət ötən ilin may ayından etibarən müəssisənin istehsalat sahəsində bərpa olunan enerji mənbəyi kimi günəş enerjisindən istifadə etməyə başlayıb.

Bu məqsədlə, istehsalat ərazisində ümumi 2.4 meqavat gücündə günəş panelləri sistemi quraşdırılıb və istifadəyə verilib. Günəş panelləri vasitəsilə əldə olunan elektrik enerjisi şirkətin gündəlik enerji tələbatının mühüm hissəsini qarşılayaraq enerji səmərəliliyini artırır, ənənəvi enerji resurslarından asılılığı azaldır, həmçinin karbon emissiyasının və ekoloji izlərinminimuma endirilməsinə şərait yaradır.

Eyni zamanda, şirkət daxili resursları hesabına yumurta kasetləri və karton qablaşdırma materiallarının yerli istehsalını təşkil etmişdir. Bu yanaşma həm ətraf mühitə olan mənfi təsiri azaldır, həm də davamlı təchizat zəncirini təmin edir.

Hacıqabul Quşçuluq Şirkətinin bu istiqamətdəki fəaliyyəti təkcə məhsul istehsalına deyil, həm də davamlı ekoloji modelə və sosial məsuliyyətə əsaslanan müasir kənd təsərrüfatı idarəçiliyinə keçidi təcəssüm etdirir. Bu təşəbbüslər Azərbaycan Respublikasının “yaşıl iqtisadiyyat” strategiyasına və qeyri-neft sektorunun davamlı inkişafı siyasətinə uyğun şəkildə həyata keçirilir.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Aprel 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see294

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see278

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see273

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see239

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see226

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see218

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see212

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see210

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see202

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see201

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see199

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see195

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see192

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see187

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see182

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see179

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see178

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see178

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see165

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri