Hacıyev Əhmədianla danışdı: Azərbaycana səfər...

28.07.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian arasında telefon danışığı olub.

Axar.az İran mediasınaistinadən xəbər verir ki, telefon danışığı zamanı H.Hacıyev qarşı tərəfə İsrail-İran gərginliyi zamanı həlak olan şəxslərlə bağlı başsağlığı verib.

Tərəflər həmçinin ikitərəfli münasibətlərin inkişaf etdiriməsini və iki ölkə prezidentlərinin əldə etdiyi razılaşmaların icrasının vacibliyini vurğulayıblar.

Bununla yanaşı, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Azərbaycana planlaşdırılan səfəri müzakirə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью