Hacıyev Əhmədianla danışdı: Azərbaycana səfər...
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian arasında telefon danışığı olub.
Axar.az İran mediasınaistinadən xəbər verir ki, telefon danışığı zamanı H.Hacıyev qarşı tərəfə İsrail-İran gərginliyi zamanı həlak olan şəxslərlə bağlı başsağlığı verib.
Tərəflər həmçinin ikitərəfli münasibətlərin inkişaf etdiriməsini və iki ölkə prezidentlərinin əldə etdiyi razılaşmaların icrasının vacibliyini vurğulayıblar.
Bununla yanaşı, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədianın Azərbaycana planlaşdırılan səfəri müzakirə olunub.

Hikmət Hacıyev Əhmədianla nələri müzakirə etdiyini açıqladı
02 Fevral 2025 11:49
Hikmət Hacıyev Əli Əkbər Əhmədianla müzakirə apardı
28 İyul 2025 16:05
Usubov Əhmədianla bu məsələləri müzakirə etdi
09 Yanvar 2025 13:29
MİT rəhbəri İrana getdi, Əhmədianla görüşdü
09 Fevral 2025 01:41
Şahin Mustafayev Tehranda Əli Əkbər Əhmədianla görüşüb
22 Yanvar 2025 12:03

