Hafiz Hacıyev: “Trampın imkanı olsa Ukraynanı verər Rusiyaya” | Icma.az
Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Vaşinqtonda keçirilən bu görüş dünya demokratiyası üçün böyük bir biabırçılıq oldu. Amerika xalqı kimi seçdiyini bilmədi.
Trampın bir az pulu vardı, paylamaqla, bir də Rusiyanın dəstəyi ilə özünü seçdirdi.
Bu gün isə Tramp Zelenski ilə görüşdə qarşılığı olaraq Rusiyanın müdafiəsinə qalxdı”.Versus.Az xəbər verir ki, bunu Ağ Evdə keçirilən Tramp-Zelenski görüşü ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.Partiya sədri vurğulayıb ki, Tramp sözügedən görüşdə ətrafına bir neçə təcrübəsiz siyasətçiləri yığaraq sözün əsl mənasında Zelenskinin üstünə söz hücumuna keçib:“Tramp Rusiyanın işğal etdiyi Ukrayna rəhbərini görüşə dəvət edərək, açıqdan-açığa Rusiyanı müdafiə etdi.
Onun yanındakı təcrübəsiz siyasətçilər, yəni vitse-prezidenti də ona qoşulub Ağ Evi sanki uşaq bağçasına çevirdilər.
Bunu tək biz yox, Konqresin özündə olan insanlar da deyir, dünya demokratiyasında xüsusi rolu olan şəxslər də deyir.
Dünyanın Amerikadan gözləntiləri puça çıxdı. Həmişə deyilirdi ki, Amerika kimi böyük demokratiyanın, haqq-ədalətin keçiyində olan dövlət var
Ağ Evdəki Tramp-Zelenski görüşündən bird aha məlum oldu ki, qətiyyən belə deyil.
Tam oxu
Xəbəri oxu