Icma.az
close
up
RU
Hafiz Hacıyev: “Trampın imkanı olsa Ukraynanı verər Rusiyaya”

Hafiz Hacıyev: “Trampın imkanı olsa Ukraynanı verər Rusiyaya”

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Vaşinqtonda keçirilən bu görüş dünya demokratiyası üçün böyük bir biabırçılıq oldu. Amerika xalqı kimi seçdiyini bilmədi. Trampın bir az pulu vardı, paylamaqla, bir də Rusiyanın dəstəyi ilə özünü seçdirdi. Bu gün isə Tramp Zelenski ilə görüşdə qarşılığı olaraq Rusiyanın müdafiəsinə qalxdı”.
Versus.Az xəbər verir ki, bunu Ağ Evdə keçirilən Tramp-Zelenski görüşü ilə bağlı açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Partiya sədri vurğulayıb ki, Tramp sözügedən görüşdə ətrafına bir neçə təcrübəsiz siyasətçiləri yığaraq sözün əsl mənasında Zelenskinin üstünə söz hücumuna keçib:
“Tramp Rusiyanın işğal etdiyi Ukrayna rəhbərini görüşə dəvət edərək, açıqdan-açığa Rusiyanı müdafiə etdi. Onun yanındakı təcrübəsiz siyasətçilər, yəni vitse-prezidenti də ona qoşulub Ağ Evi sanki uşaq bağçasına çevirdilər. Bunu tək biz yox, Konqresin özündə olan insanlar da deyir, dünya demokratiyasında xüsusi rolu olan şəxslər də deyir. Dünyanın Amerikadan gözləntiləri puça çıxdı. Həmişə deyilirdi ki, Amerika kimi böyük demokratiyanın, haqq-ədalətin keçiyində olan dövlət var. Ağ Evdəki Tramp-Zelenski görüşündən bird aha məlum oldu ki, qətiyyən belə deyil. Amerikanın buhünkü rəhbəri səviyyəcə aşağı, siyasətdən başı çıxmayan bir insan Zelenski kimi millətini sevən, həyatını Ukrayna xalqının yolunda qoya bir şəxsi alçaltmaq, təhqir etmək istədilər. Zelenski isə öz dövlət maraqlarını, xalqının mənafeyini müdafiə etdi. Bunlar Zelenskini sanki ortalarına alıb uşaq kimi danladılar. Görünür Putinin əlində Trampa qarşı hansısa faktlar var, Tramp da ona xoş gəlsin deyə Zelenskiyə qarşı bu gün belə bir anormal davranış edir. İmkanı olsa Ukraynanı verər Rusiyaya. Buna baxmayaraq, Zelenski sonadək öz sözünü dedi və dünyaya sübut etdi ki, həqiqətən də hansı prezidentin arxasında xalq durursa, o president hər hansı ali kürsüdən belə cəsarətli çıxış edə bilər”.
H.Hacıyev qeyd edib ki, bu görüşdən sonra Amerikaya sitayiş edənlərin, ondan haqq-ədalət umanların ümidi tamamilə qırıldı:
“Amerika vaxtilə Azərbaycana da sanksiyalar tətbiq etmək istəyirdi. İstədiklərini əldə edə bilməyəndə həmişə bu addımlara, təhdidlərə əl atır. Tram siyasətiçi dili ilə deyil, alverçi, makler dili ilə danışırdı. Demokratiya carçısı olan bir dövlətin rəhbəri bu qədər bəsit danışırsa, bizə elə bir demokratiya lazım deyil, ümumiyyətlə, heç bir dövlətin Trapm kimisinin yardımına ehtiyacı yoxdur. Şəxsən mən Zelenskinin Trampla görüşdə verdiyi cavablara görə onu alqışlayıram, partiya olaraq da tutduğu mövqeyi dəstəkləyirik”.
Trampın həmin görüşdə Zelenskinin geyiminə iradını bildirməsinə də diqqət çəkən H.Hacıyev bildirdi ki, Zelenski müharibə yaşayan bir dövlətin rəhbəridir və o görüşə də müharibədən çıxıb getmişdi, ona görə də onun geyiminə irad tutula bilməz:
“Zelenski də Tramp kimi qırmızı qalstuk geyinib gəlməli idi? Söhbət geyim deyildi, o Zelenskiyə aqresiyasını nümayiş etdirirdi. Deyən gərək sən iki dövlət arasında gedən müharibəni müzakirə et, müharibənin durdurulması planından danış, neynirsən Zelenskinin geyimini? Sən bunu ələ salmaq istəyirsən, bu da o oğlanlardan deyil axı”.
H.Hacıyevin fikrincə, Tramp kimi qeyri-ciddi, başqa dövlətlərə yuxarıdan aşağ baxan, o dövlətlərin rəhbərlərini mətbuatın gözü qarşısında uşaq kimi tənbeh edən bir adam tutduğu prezidentlik postundan uzaqlaşdırılmalıdır:
“Tramp nəinki Amerikaya, bütün dünya dövlətlərinə baş qaxıncıdır. Dünya Trampın Amerikanın bütün ali prinsiplərinə tüpürdüyünün şahidi oldu. Düşünürəm ki, Azərbaycan olaraq bunlardan dərs götürməliyik və iqtisadiyyatımızı, ordumuzu daha da gücləndirməliyik. Ümumiyyətlə, hər bir dövlətin uğuru bu üstünlüklərdən keçir. Çünki Tramp kimisinin sabah yenidən bizi hədəfə alacağı da gözləniləndir. Qarabağ məsələsində cənab İlham Əliyevin DƏMİR YUMRUQ siyasəti olmasaydı, ABŞ rəhbərliyi bizim də ölkəmizə qarşı meydan oxuyardı. Amma prezidentimiz nəyi nə zaman, necə edə biləcəyini özü yaxşı bildiyi üçün Qarabağ müharibəsi zamanı uğurlara imza ata-ata irəlilədik. Nəticəsi də ortadadır”.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:80
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Mart 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri