Hakan Fidana sui qəsdin təffərrüatı üzə çıxdı Civə buxarı ilə...

14.05.2025

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin Xarici işlər naziri Hakan Fidan MİT direktoru olduğu müddətdə onun öldürülməsinə cəhdlər edildiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, Fidan qatıldığı bir televiziya proqramında "Ağır civə verilmişdi sonra testlərdə çıxdı. 4-5 il keçib" deyib.

Hakim media olan "Yeni Şafak"ın yazarı Yəhya Bostan da Fidanın zəhərlənməsinin təfərrüatlarını yazıb.

Bostan Fidanın civə buxarından zəhərləndiyini bildirib. Bostan bildirib ki,  Fidan iki il müalicə alıb.

Fidanın öldürülməsinə cəhdin xaricdən qaynaqlandığını düşündüyünü bildirən Bostan yazıb:

"Xarici işlər naziri Hakan Fidanın jurnalist Murat Çiçəyə "Zəhərləndik (MİT rəhbəri olarkən) və müalicə aldıq" ifadəsini eşidəndə qeydlərimə baxdım. Fidan çox təfərrüat vermədi. Amma 2024-cü ilin aprel tarixli qeydlərimdə bəzi təfərrüatlara rast gəldim. Həmin gün çəkdiyim qeydlər belə idi: "Bu, xarici ölkədə törədilib. Hadisəni törədən şəxs haqqında hələ ki, məlumat yoxdur. Müdaxilənin civə buxarının verilməsi ilə edildiyi düşünülür. İki il müalicə aldı və təhlükə aradan qalxdı".

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью