Hakan Fidana sui qəsdin təffərrüatı üzə çıxdı Civə buxarı ilə...
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyənin Xarici işlər naziri Hakan Fidan MİT direktoru olduğu müddətdə onun öldürülməsinə cəhdlər edildiyini açıqlayıb.
Milli.Az xəbər verir ki, Fidan qatıldığı bir televiziya proqramında "Ağır civə verilmişdi sonra testlərdə çıxdı. 4-5 il keçib" deyib.
Hakim media olan "Yeni Şafak"ın yazarı Yəhya Bostan da Fidanın zəhərlənməsinin təfərrüatlarını yazıb.
Bostan Fidanın civə buxarından zəhərləndiyini bildirib. Bostan bildirib ki, Fidan iki il müalicə alıb.
Fidanın öldürülməsinə cəhdin xaricdən qaynaqlandığını düşündüyünü bildirən Bostan yazıb:
"Xarici işlər naziri Hakan Fidanın jurnalist Murat Çiçəyə "Zəhərləndik (MİT rəhbəri olarkən) və müalicə aldıq" ifadəsini eşidəndə qeydlərimə baxdım. Fidan çox təfərrüat vermədi. Amma 2024-cü ilin aprel tarixli qeydlərimdə bəzi təfərrüatlara rast gəldim. Həmin gün çəkdiyim qeydlər belə idi: "Bu, xarici ölkədə törədilib. Hadisəni törədən şəxs haqqında hələ ki, məlumat yoxdur. Müdaxilənin civə buxarının verilməsi ilə edildiyi düşünülür. İki il müalicə aldı və təhlükə aradan qalxdı".
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 14 May 2025 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















